reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prezidentdən prokurorluq işçiləri ilə bağlı SƏRƏNCAM

reklam

Prezidentdən prokurorluq işçiləri ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddində dəyişikliklər təsdiqlənib.
Sərəncama əsasən, görülən işlərlə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının dövlət büdcəsində prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Paylaş:


Müəllif : Tarix:
18-08-2021, 16:41
Sikayət   


loading...
Загрузка...