Dərman kimi qida – Balqabaq Müalicəvi və farmakoloji xüsusiyyətləri
Balqabaq qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir. Təbiətin insanlara bəxş etdiyi bu qiymətli bitki haqqında belə bir deyim var ki, balqabaq sözünün mənası baldan qabaq deməkdir. Yazda əkilən balqabaq payız fəslində yetişir. Müxtəlif növ vitaminlərlə zəngin olan bu tərəvəzdən təamlarda, xüsusilə də tibdə müalicə məqsədilə istifadə olunur.
Tibbdə geniş istifadə olunan balqabağın vitamin tərkibi, müalicəvi xüsusiyyətləri və faydaları haqqında yazını təqdim edirik.
Bəzi mənbələrə görə, bu bitki 5-8 min il əvvəl becərilib. Balqabaq ilk dəfə Avropaya Cənubi Amerikadan gətirilib. Tez bir zamanda sadəcə ləzzətli təam kimi yeməklərdə tətbiq edilib. Sonralar insanlar bunun dərman üçün xammal ola biləcəyini düşünür və məlhəmlər hazırlamağa başlayırlar.
Balqabaq vitamin və minerallarla zəngindir. Tərəvəzin tərkibində yüksək miqdarda A, B, E vitaminləri, dəmir, natrium, kalium, kalsium, maqnezium, sink, fosfor kimi minerallar var.
Bol vitaminlə zəngin olan balqabağın həm ləti, həm də toxumları immun sistemini möhkəmləndirir. Tərkibindəki mikroelementlər sağlamlıq üçün çox vacibdir. Mütəxəssislərin fikrincə, balqabaqdakı yüksək dərəcəli faydalı keyfiyyətlər müxtəlif xroniki xəstəliklərin riskini azaldır.
Sağlamlıq üçün faydalı içkilərin siyahısında balqabaq şirəsinin birincilər sırasında olması heç də təsadüfi deyil. Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır, həmçinin püre halına gətirilib darçınla birlikdə istifadə edildikdə maddələr mübadiləsinin funksionallığını artırır.
Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitədir. Tərkibində elementlərə görə bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır. Tərkibində olan antioksidant maddələr bədəni virus, bakteriya və mikroblardan təmizləyir.
Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O həmçinin qan təzyiqini aşağı salır.
İmmuniteti möhkəmləndirən balqabaq tumu təbii immun modulyatordur. Tərkibindəki sink, kalsium, fosfor sümük toxumalarını qoruyur. Süd vəzi və prostat xərçəngi riskini azaldır. Qanda şəkəri tənzimləyir. Bağırsaq qurdu və parazitlərini tökür. Bədəndə iltihabı azaldır.
Alimlər balqabaq toxumlarının xərçəng üzərində də müsbət təsirini sübut ediblər. Yüksək miqdarda sink konsentrasiyası xərçəngin inkişafının qarşısını alır. Sink bədənin hüceyrələrinə zərər vermədən xərçəng hüceyrələrinə təsir göstərir. Alimlər bunu sink və kalsium arasındakı əlaqə ilə əlaqələndirirlər. Sink xərçəng hüceyrələrindən “göndərilən” kalsium siqnallarına “cavab verir”.
Alimlər eksperimental olaraq kiçik dozada provitamin A-nın siqaret içərisində olan bir nikotin mənşəli kanserogeni təsirsiz hala gətirdiyini təsbit ediblər. Odur ki, balqabağın tərkibindəki provitamin A ağciyər xərçəngi inkişafının qarşısını alır.
Balqabaq ət və yumurtalardakı qida maddələrini əvəz etdiyinə görə vegetarianlar və pəhrizdə olanlar üçün məsləhət görülür.
Vitaminlər və faydalı elementlərin yüksək tərkibinə görə balqabaq kosmetologiyada da geniş istifadə olunur. Kosmetik məqsədlə balqabaq yağı həm saf halda həm də maska kimi faydalıdır. Dırnaqların və saçların strukturunun qorunmasında balqabaq əhəmiyyətli rol oynayır.
Hazırda dünya təsərrüfatlarında 700-ə qədər növü yetişdirilən balqabağın Azərbaycanda da çox növü yetişdirilir. \\Aztibb.az
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2021, 23:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-08-2021, 23:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24