reklam
Regionxeberlericom.az » Cəmiyyət » Balaqusar kəndində böyük saxtakarlıq - Bələdiyyə sədri sakinlərin torpağını necəələ keçirib?

reklam

Balaqusar kəndində böyük saxtakarlıq - Bələdiyyə sədri sakinlərin torpağını necəələ keçirib?


"Qusar rayonu, Balaqusar kəndinin sakinləri - Hacıyev Alqış Yanvar ogluna, Şıxnəbiyev Rəşad Xeyrulla ogluna, Hacıyev Əhməd Hikmət ogluna, Hacıyev Yanvar Səxavət ogluna və onların ailə üzvlərinə məxsus ümumilikdə 1 hektar 20 sot pay torpaq sahəsinin sənədləri saxtalaşdırılaraq Balaqusar bələdiyyəsinin sədri Ağdadaş Ömərov tərəfindən başqa şəxsə satılıb".

Bu barədə "AzPolitika.info" saytının redaksiyasına adıçəkilən kəndin bir qrup sakininin imzası ilə göndərilmiş müraciətdə bildirilir.

Sakinlər yazırlar ki, məhkəmə qətnaməsi ilə bu şəxslərə məxsus pay torpaqlarının dövlət sənədləri ləğv edilərək, çıxarılan qətnaməyəəsasən, yeni dövlət aktı işlənib: "Beləliklə, həmin saxta sənədləəldə olunmuş "Çıxarış"-la sakinlərin torpaqları qanunsuz olaraq əllərindən alınıb. Bu barədə Daşınmaz Əmlakın Reyestr Xidmətinin 5 saylı Xaçmaz regional idarəsinə sorğu göndərdik. Oradan bildirildi ki, sözügedən məhkəmə qətnaməsinin əldə olunması üçün Qusar rayon Məhkəməsinə müraciət edilib. Amma məhkəmədən bildirilib ki,2005-ci il üzrə arxiv materiallarında, statistik məlumatların qeydiyyatında belə bir mülki iş qeydə alınmayıb".

Sakinlər yazırlar ki, bütün bu saxtakarlıqların başında bələdiyyə sədri Ağadadaş Ömərov dayanır. Onlar qeyd edirlər ki, faktın araşdırılması üçün hüquq mühafizə orqanlarına, Ombudsmana, Nazirlər Kabinetinə, PrezidentAdministrasiyasına müraciət ediblər. Hazırda şikayətlə bağlı Qusar rayon Polis Şöbəsinin istntaq bölməsində araşdırma aparılır.

Müraciətdə daha sonra qeyd olunur ki, bələdiyyə sədri bir neçə şəxsi öyrədərək şikayətçiləri şərləməyə və hədəlməyə çalışıb. Həmin şəxslərdən biri A. Ömərovun bu əməllərini etiraf edib, onun dedikləri videolentə alınaraq Qusar rayon Polis şöbəsinə təqdim edilib.


Paylaş:


Müəllif : Tarix:
20-08-2021, 00:07
Sikayət   


loading...
Загрузка...