Azərbaycan ənənəvi təhsilə qayıdır? - “Çox vacibdir“
Pandemiya səbəbindən bir ildən çoxdur ki, şagirdlər və tələbələr təhsillərini distant formada davam etdirirlər.
Ötən günlərdə Türkiyənin Səhiyyə naziri Fahreddin Qoca yaxın zamanlarda ənənəvi təhsilə qayıdacaqları haqda məlumat verib.
Bununla yanaşı Rusiyanın Maarif naziri Sergey Kravtsov da yeni tədris ilindən dərslərin ənənəvi qayda da keçiriləcəyini elan edib.
Maraqlıdır, Azərbaycanda ənənəvi təhsil bərpa oluna bilərmi?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında ənənəvi təhsilin hazırki təhsildən daha vacib olduğunu deyib:
“Ümumiyyətlə, ənənəvi təhsilin dönüşünün tərəfdarıyam. İstəyirəm ki, ənənəvi təhsilə qayıdaq. Çünki ənənəvi təhsil hazırki təhsildən çox irəlidir. Onlayn qaydada dərslərin keçirilməsi həmin effekti vermir. Ənənəvi təhsil tələbələrin sosiallaşmasına, təlim-tərbiyyəsinə ciddi təsir göstərir. Tələbələr, şagirdlər öz həmyaşıdları ilə daha çox ünsiyyədə olurlar. Bu baxımdan da çox üstündür. Bununla yanaşı onlayn və distant təhsilin təşkili ilə bağlı zaman-zaman müxtəlif problemlər yaranırdı. Ona görə yaxşı olardı ki, biz ənənəvi təhsilə qayıdaq. Ənənəvi təhsilə geri dönüşümüz ötən ildən itirdiklərimizi müəyyən mənada geri qayıtmasına təkan verə bilər. Bununla da gənclərimiz daha yaxşı təhsil ala bilərlər”.
Deputat təhsilə qayıtmaq üçün vaksinasiyanın zəruri olduğunu söyləyib:
“Hamı çalışmalıdır ki, vaksinasiyadan keçsin. Təhsilə başlamağımız üçün vaksin olunmaq zəruridir. Bütün tələbələr, şagirdlər, valideynlər çalışmalıdırlar ki, bu prosesdən uğurla keçsinlər.
Artıq bir çox ölkələr planlaşdırırlar ki, ənənəvi qaydada təhsilə keçsinlər. Türkiyədə, Rusiyada, bir sıra dövlətlərdə bununla bağlı çox geniş fikirlər irəli sürülür. Xüsusən də Türkiyədə ölkə rəhbərliyi səviyyəsində bu məsələ müzakirə olunur”.
C.Məmmədov Azərbaycanda da ənənəvi təhsilə geri dönüşün nəzərdə tutulduğunu qeyd edib:
“Son günlər Azərbaycanda yoluxmanın sayında ciddi dəyişikliklər müşahidə olunur. Dünən 20 nəfərin dünyasını dəyişməsi, yoluxma sayının kəskin artması müəyyən narahatlıqlar, suallar yaradır. Bu da vaksinasiyadan hamılıqla keçmədiyimizin əyani sübutudur. Təəssüf ki, bəzi vətəndaşlar özlərini qorumurlar. Qorumadıqlarına görə də artım sürətlə gedir. Bu da bizim üçün müəyyən narahatlıqlar yaradır.
Bizdə də ənənəvi təhsil nəzərdə tutulur. Amma artım tərəddüdlər yaradır. Əgər artım çox olarsa, müəyyən mənada ənənəvi təhsil ilə bağlı çətinliklər yarana bilər. Burada həm dövlətin, həm də vətəndaşlarımızın üzərinə düşən məsuliyyələr var. Ola bilsin ki, bizdə də belə qərarlar qəbul edilsin. Və Ənənəvi qaydaya qayıda bilərik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2021, 10:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-08-2021, 10:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50