reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nə Səhiyyə Nazirliyi, nə də TƏBİB özünü doğrultmadı – Deputat

reklam

Nə Səhiyyə Nazirliyi, nə də TƏBİB özünü doğrultmadı – Deputat



“Bu dövr ərzində TƏBİB kifayət qədər cəmiyyətə nüfuz edəcək, inandıracaq təbliğat sistemi qura bilmədi”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətini dəyərləndirərkən deyib. Onun sözlərinə görə, nə Səhiyyə Nazirliyi, nə də TƏBİB özünü doğrultmayıb:

“TƏBİB-in də yanlışlıqları çoxdur. Sistemi ağıllı şəkildə qura bilməyiblər. Vətəndaşa xidmət səviyyəsi aşağıdır. Burada da spekulyasiya var, dərman satışı monopoliyadadır, qiymətlər bahadır. Qurum güclü təbliğat sistemi qura bilməyib. Türkiyədə Səhiyyə naziri hər gün cəmiyyətin qarşısına çıxır. TƏBİB də işini belə qurmalıdır. Onlar anbaan cəmiyyəti problemlə bağlı geniş şəkildə maarifləndirməlidirlər. Sistem elə qurulmalıdır ki, heç bir vətəndaş diqqətdən kənar qalmasın. Quruma əlçatanlıq məsələsi problem olaraq qalır”.
Deputatın fikrincə, bu məsələdə ikili strukturun olmasının özü də problem yaradır:
“Onların heç birinin hansısa bir faydası yoxdur. Onlarla qurum və fondlar yaradılıb. Keyfiyyət baxımından isə heç nə dəyişməyib. Dövlət qurumları cəmiyyətə xidmət etməyə başlayanda faydalı olur. Amma kimisə vəzifədə otuzdurtmaq, kiməsə iş yeri açmaq, bürokrat sayını 5-6 dəfə artırmaq üçün yaradılırsa, belə qurumların faydası olmayacaq. Hərəsinin başında bir adam oturub, onun qəlbinə dəyməmək üçün vətəndaşın təəssüf ki, əziyyət çəkməsini rəva görürlər”.
Fazil Mustafa vətəndaşlarımızın sağlamlıqlarına biganə qalmalarından da gileyləndi:
“Sağlamlıqla bağlı problemdən söhbət gedirsə, bu qurumla bağlı olmaqdan daha çox, vətəndaşın özü ilə bağlı problemdir. Vətəndaşlarımız əksər hallarda sağlamlıqla bağlı məsələlərə əməl etmir. Böyük əksəriyyətimiz maska taxmağı özünə sıxışdırmır. Virus məsələsi birbaşa insanın mədəni səviyyəsi, məsuliyyətlə bağlıdır. Anlayışı yerində olanlar bunu ciddiyə alaraq addım atır”. /qaynarinfo


Paylaş:


Müəllif : Tarix:
20-08-2021, 17:12
Sikayət   


loading...
Загрузка...