“Leyla Əliyeva otağa girib gördü ki, pis vəziyyətdəyəm” - Videoreportaj
“Birinci kimyaterapiyadan sonra çox pis olmuşdum. Həkim tapşırdı ki, başımı qırxdırım, amma razılaşmadım. İkinci kimyaterapiyadan sonra saçlarım tökülməyə başladı. Saçlarımı qırxdırdığım an həyatımda ən pis anım idi... Bir müddət sonra başa düşdüm ki, xeyirlisi budur, bundan da pis ola bilərdi. O vaxtdan şükür etməyi öyrəndim”.
Bunu “Qafqazinfo”ya xərçəng xəstəliyi ilə mübarizə apararaq ona qalib gəlmiş 17 yaşlı Samir Abdullayev bildirib. Ağdaş rayonunda anadan olan Samir bu ağır xəstəliklə həyatının ən məsuliyyətli qərarlarını verəcəyi dövrdə üz-üzə gəlib. Lakin o günlər haqqında artıq keçmiş zamanda danışır:
“10-cu sinifə yeni keçmişdim. Qəfildən ayağımda şiş yarandı. Düşündük ki, yəqin nədənsə zədələnib. Milli Onkologiya Mərkəzində 4-5 ay ərzində müayinələrdən keçdik, sümük xərçəngi diaqnozu qoyuldu. Əməliyyat olundum və təxminən bir il yarım xəstəxanada yatdım. Əməliyyatım çox ağır idi, 9 saata yaxın çəkmişdi. Amma beyin gücü ilə onu hiss eləmirdim. Düşünürdüm ki, ağrını yaradan insan özüdür. Biz istəsək onu hiss etməyə bilərik”.
Həmsöhbətimiz o məşəqqətli günlərin arxada qalmasında ona dəstək olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük rolu olduğunu deyir:
“O zaman mənə bir iynə vurulmalı idi, o olmasa, adam ac-susuz qalır. Xəstəxanada isə o iynə yox idi, 5 gün idi ki, bu səbəbdən ac qalmışdım. Həmin vaxt Leyla Əliyeva xəstəxanaya gəlmişdi, bizim otağa girdi, mənim vəziyyətimi gördü. Təcili tapşırıq verdi ki, pul ayrılsın və mənə iynə alınsın. Mənim həyatımı qurtaran mələk Leyla Əliyeva oldu. Mən bu gün yaşadığım həyata görə ona borcluyam. Ona çox təşəkkür edirəm”.
Bu ağır durum onun həyatını alt-üst etsə də, sonunda ağır mübarizədən qalib çıxıb. Qəbul imtahanını uğurla verərək arzusunda olduğu sahəyə - Azərbaycan Turizm və Menecement Universitetinin Turizm bələdçiliyi fakültəsinə qəbul olunub. Hazırda Universitetin II kursuna keçən Samir təhsil müəssisəsinin ən aktiv tələbələrindəndir:
“Qəbul imtahanlarına bir neçə ay qalmışdı. Kimyaterapiyadan sonra yaddaşım çox zəifləmişdi. Mən ruhdan düşmədim, öz üzərimdə çalışmağa başladım. Bir mətni 14-15 dəfə oxuyurdum. Hərflər gözümün önündə sağa-sola gedirdi. Bunu bacardım, imtahana girdim. Əslində imtahan müddəti 3 saat idi, amma həmin vaxt mənə sıxlıq yer, insanlarla çox ünsiyyətdə olmaq olmazdı. Cəmi bir saat imtahanda qala bildim. 7-ci sinifdən arzusunda olduğum Azərbaycan Turizm və Menecement Universitetinə qəbul olundum. Gələcəkdə dünyanın məşhur turizm bələdçilərindən olmaq istəyirəm. Çünki Azərbaycanın böyük turizm potensialı var, istəyirəm ölkəmin iqtisadiyyatına xeyir gəlsin”.
Samir Abdullayev həyatında iki amilin - şəxsi intizam və reputasiyanın xüsusi rol oynadığını deyir: “Mənim öz devizim var, bəhanələr lazım deyil və uğur əngəl tanımaz. Durduğumuz yerdə uğur bizə gəlmir, biz uğuru qazanmaq üçün çalışmalıyıq, enerji sərf etməliyik. Çalışmaq, inam və məqsəd insanada olduqca, hər şeyi bacarmaq olar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2021, 23:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-08-2021, 23:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39