İLLƏRLƏ TALANAN, MƏHV EDİLƏN NƏŞRİYYAT... – Əli Həsənovun Azərbaycan mətbuatına ucaltdığı “möhtəşəm abidə”
Dünyada mətbuat ictimai maraqların keşikçisi rolunu oynayır, yazır tənqid edir, hesabat istəyir və beləliklə öz funksiyalarından birini həyata keçirir. Azərbaycanda isə bu iş sanki tərsinədir, uzun illər media nəinki cəmiyyətin maraqlarını qoruya bilib, hətta özü ilə bağlı layihələr böyük korrupsiya yeminə çevrilib, talanıb, şəxsi ciblərə axıb. 2009-2020-ci illərdə üst-üstə 100 milyon manatdan çox vəsait ayrılmış KİVDF-də baş verən cinayətlər, medianın bunları bilə-bilə uzun müddət susması, danışanların da susdurulmağa cəhd edilməsi təəssüf doğuran gerçəklikdir.
Azərbaycan mətbuatı özünə aid olanların qədrini bilməyib, hətta media cameəəsinin bir hissəsi onun pulunu, əmlakını qəsb edib dağıdanlarla əlbir olub. KİVDF yeganə nümunə deyil, "Azərbaycan Nəşriyyatı" kimi adı medianın olub, özü baş direktor Ağabəy Əsgərovla Prezidentin keçmiş köçməkçisi Əli Həsənovun şərikli korrupsiya yuvası olan "obyektlər" də var. Bu yarıdağılmış, kanalizasiya qoxulu bina "Mətbuat" prospektində yerləşir və elə bugünkü mətbuatın durumunu göstərən ən yaxşı "abidədir".
Binanın uzun illər yırtıcı korrupsionerlərin əlində olması elə zahiri görünüşündən bəllidir. Sovet dövrünün zavod yataqxanaları təəssüratı yaradan nəhəng tikilinin üzü vaxtaşırı "laqonda" ilə sıyrılsa da, onun acınacaqlı vəziyyətini gizlətmək mümkün olmayıb. Nəşriyyatın içinə daxil olarkən yağlı yemək, tualet qoxusu insanın ürəyini bulandırır. Yarıqaranlıq dəhlizlər, uçuq-sökük otaqlar, orada sağa-sola kölgə kimi hərəkət adamlar insana başqa dünyanı xatırladır.
Binanın elektrik, su, kanalizasiya sistemi, liftləri bərbad günədir. Bəzi mərtəbələrdə dayanmayan köhnə sovet liftinə minənlərin çoxu yəqin əvvəlcə kəlimeyi-şəhadətini oxuyur. Çünki gərilən trosların şaqqıltısı, qaranlıq lift kabinesinin aramsız titrəməsi sanki ona minənləri cəhənnəmə aparır. Sərnişinlər nənzil başına çatana qədər ya susub ürək döyüntüləri ilə bir-brinin üzünə baxır, ya da gözlərini yumub bu “cəhənnəm yolculuğunun” bitməsini gözləyir. İllərdir vəziyyət belədir, şikayətlər, dava - dalaşlar nəticə vermir, liftləri nə dəyişən var, nə də təmir edən.
Nəşriyyatın xarakterik problemlərindən biri işıqların tez-tez sönməsidir. Xüsusən, qış aylarında bərbad elektrik sistemi qızdırıcıların yaratdığı gərginliyə dözmür, tez-tez sıradan çıxır, bəzən, kiçik yanğınlar baş verir. Çünki binada yeganə isitmə sistemi elektrikdir. Kanalizasiya sisteminin necə işləməsi isə elə binanın girişindən bəlli olur, bütün koridorlarda, otaqlarda kəskin tualet qoxusu var. Yəqin Nəşriyyata uzun illərdir rəhbərlik edən Ağabəy müəllim bu iy-qoxuya öyrəşib, doğmalaşıb, ona görə onu qətiyyən narahat eləmir.
Binanın birinci mərtəbəsində yerləşən kiçik kafe orada yeganə canlı həyatın hiss olunduğu yerdir. Ucuz, keyfiyyətsiz yeməklər, spirtli içkilər media əhli və onların qonaqları üçün əlçatan nemətdir. Səhər saatlarından axşama qədər sərxoşların qışqırtısı, ucadan, çığır-bağırla deyilən sağlıqlar, yağlı yemək qoxusu ilə birgə binaya yayılır. Bu kafe jurnalistlərin yaddaşında saysız-hesabsız gülməli əhvalatlarla, hadisələrlə, personajlarla əbədiləşib.
Nəşriyyatdakı bərbad vəziyyət haqqında daha geniş, təfərrüatlı bəhs etmək olar. Amma əsas sual odur ki, mətbuatın "ocağı" niyə bu vəziyyətdədir, uzun illər niyə abıra salınmayıb, təmir edilməyib? Dövlət ona ögey baxıb, yoxsa, başqa səbəb var?
Qeyd edək ki, Nəşriyyata dövlət sifarişlərinin yerinə yetirilməsi üçün hər il büdcədən 2 milyon manat ayrılıb. Orada dövlət qəzetləri nəşr olunsa da, müasir mətbəələr olmayıb. Uzun müddət sovet dövründən qalma, kustar mətbəə ilə sifarişlər yola verilib. Amma Prezidentin keçmiş köməkçisi Əli Həsənovun təşəbbüsü ilə 2010-cu ildə büdcədən bir neçə milyon manat vəsait ayrılaraq Almaniya istehsalı olan müasir mətbə alınıb. Dəzgahı satan şirkət onu işlətmək üçün 6 nəfər mətbəə işçisini Almaniyaya aparıb 6 ay müddətində kurs keçib. Amma sonradan məlum olub ki, bu işçilərin nəşriyyata dəxli yoxdur, Əli Həsənovun, Ağabəy Əsgərovun qohum-əqrabasından, dost tanışından formalaşdırılan heyət olub. Onlar da Nəşriyyatın qayıdandan sonra qapısından içəri keçməyib, öz işlərinin arxasınca gediblər. Nəticədə mətbəəni işlətməyə kadr tapılmayıb...
Hazırda Nəşriyyatın rentabelli olmadığı barədə görüntü yaradılsa da, əslində bu belə deyil. Uzun illər binanın otaqları, habelə yardımçı təsərrüfat binaları icarəyə verilib. Nəşriyyatda gündəlik, həftəlik qəzetlər, jurnallarla yanaşı, internet televiziyalar, ictimai təşkilatlar yerləşir. Onlarla bərabər dələduz QHT rəhbərləri, başqa natəmiz fəaliyyət sahibləri də binada məskən salıb. Bir neçə il əvvəl DTX-nın dəstə-dəstə tutduğu reketlərin ünvanı da Azərbaycan Nəşriyyatı idi. Onların hamısından şəhərdəki normal icarə qiymətlərinə uyğun vəsait alınıb. Amma Ağabəy Əsgərov mətbuatda onları “reket jurnalist” yox, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bandasının üzvləri adlandırmışdı.
Yardımçı təsərrüfatlar isə prodakşınlara, avtomobil təmirçilərinə, mebel sexlərinə və s. sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara icarə verilir. Nəşriyyatın hektarlarla torpağının mənimsənilməsi, orda hündürmərtəbəli binalar, biznes mərkəzləri tikilərək, satılması, icarə verilməsi fəaliyyətindən əldə olunan vəsait isə yəqin ki, milyonlarla ölçülüb.
Beləliklə, hər ay Ağabəy Əsgərov-Əli Həsənov cütlüyünün kassasına yüz minlərlə manat daxil olub. Amma binadakı acınacaqlı durum ondan xəbər verir ki, Nəşriyyatın milyonluq əmlakları kimi, bu pullar da sadəcə mənimsənilib. Ehtimal ki, Azərbaycanda populyar olan pulsilmə mexanizmi "cari", "əsaslı təmir" fırıldaqları burada da geniş tətbiq olunub. Ola bilsin, indiyə qədər kağız üzərində "Azərbaycan Nəşriyyatı" 10 dəfə əsaslı təmir olunub. Yoxsa, bu qədər vəsaiti necə həzmi-rabeddən keçirmək oları?
Nəşriyyatın əmlakı təkcə Mətbuat prospektindəki binalar deyil, onun torpaq sahələri, başqa əmlakları da mövcud olub. Məsələn, Ağabəy Əsgərovun adamları 2019-cu ildə Nardaranda yerləşən 15 hektar torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət edib və Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasını təmin edib.
Vəkil Nəzrin Cəfərova mətbuata demişdi ki, söhbət Nardaran qəsəbəsində keçmiş Maştağa Südçülük-tərəvəzçilik sovxozunun ərazisində yerləşən 15 ha torpaq sahəsindən gedir. Bu torpaq vaxtı ilə Jurnalistlər İttifaqına məxsus olub, sonradan Nardaran pirinə həddiyə edilib. Amma Ağabəy Əsgərov onu geri alıb. Sakinlər bildirirlər ki, həmin ərazilərdə binalar tikilir...
Problemin əvvəlinə qayıtsaq, media növbəti KİVDF nümunəsinə çevrilmiş Əli Həsənov-Ağabəy Əsgərov cütlüyünün gəlir mənbəyi olan "Azərbaycan Nəşriyyatı" haqqında nə zamana qədər susacaq? Oradakı korrupsiya cinayətlərinin araşdırılması, binanın indiki “sahiblərindən” alınması və təmir edilərək medianın istifadəsinə verilməsinin vaxtı deyilmi?
Heç olmasa, bu dəfə cəsarətli olaq...
Rasim Əliyev
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2021, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-08-2021, 10:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25