"Delta" ştammı sürətlə yayılır: - “Nazir evdə müalicə sözünü işlətməməlidir”
“Hazırda koronavirusun müalicəsi üçün ayrılan xəstəxanalarda çarpayı fondunun doluluğu 50 faizə çatmır”.
Bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev deyib. Nazir müavini qeyd edib ki, koronavirusun “Delta” ştammı sürətlə yayılsa da, burada ağırlaşma və ölüm faizi digər ştammlardan aşağıdır:
“İnsanlara tövsiyə edərdim ki, simptomlar görüləndə test verib, həkim məsləhəti ilə müalicə olunsunlar. İnsanlar özlərini evdə müalicə etməsinlər”.
Məlumdur ki, hazırda yoluxma sayı artıb və xəstəxanada müalicə alan kifayət qədər çox adam var. Üstəlik xəstəxanada müalicə olunmaq üçün maddi imkanı əlverişli olmayan şəxslər var.
Maraqlıdır, yoluxma sayının artdığı ərəfədə insanlar niyə evdə müalicə olmasın?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, nazir evdə müalicə olunmağın əleyhinə olmalıdır:
“Təbii ki, nazir elə deməlidir. Nazir evdə müalicə sözünü işlətməməlidir. Lakin hamıya məlumdur ki, xəstəxanalar xəstələrimizi tam qəbul edə, yüksək şəraitlə müalicə edə bilmir. Sadəcə bir neçə xəstəxanada belə imkanlar var. Ona görə də xəstələrin evdə müalicə alması başa düşüləndir. Çox yaxşı olardı ki, insanların evdə müalicəsi həkim nəzarətilə həkimlərin yazdığı reseptlərlə olsun. Hesab edirəm ki, evdə alınan müalicə xəstəxanada alınan müalicədən fərqlidir. Evdə alınan müalicə o dərəcə keyfiyyətli olmur. Lakin yaranmış situasiya evdə müalicəni diktə edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-08-2021, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-08-2021, 13:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti