Konstitusiyanın verdiyi hüquq və məmurun aldığı haqq - Əlillərin təhsil hüququna təhsil haqqı qadağası
"Azərbaycan Respublikasında qanunların gücsüzlüyü, icra və tətbiq olunmaması Konstitusiya ilə doğrulanan insan hüquqları və azadlıqlarının formal, deklarativ xarakter daşıdığını ortaya qoyur. Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın verdiyi hüququ haqq ödəmədən əldə etmək mümkünsüzdür. Necə deyərlər, hüquq sənindir, rüşvətini ver, al ! “Əli cibində olmayan” vətəndaş nə əlillik dərəcəsi, nə mənzil, nə müalicə, nə də təhsil ala bilər!" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Daha sonra məqalədə deyilir: "Təhsil hüququ Ana Qanunun 42-ci maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. Sözügedən hüququ bayraq edib 1979-cu ildə ilk ali təhsilini aldığı Bakı Dövlət Universitetinə (və Təhsil Nazirliyinə) əlavə hüquq təhsili almaq üçün 20 ilə yaxındır müraciət edən Qarabağ qazisinin Universitetə “təkrar “girişi”nə qanunsuz “təhsil haqqı “şlaqbaumu” qoyulub. Təhsil Nazirliyinin (TN) ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Zinyət Abdullayeva 16.06.2005 tarixli B-3662 /11-24 nömrəli məktubla bildirib ki, yalnız qaçqın və məcburi köçkünlər, şəhid ailələrindən olan tələbələr təhsil haqqını ödəməkdən azad olunurlar. TN-in, deyəsən, qanundan bilgisi yoxdur. 2009- cu ilin 19 iyununa kimi qüvvədə olan 07.10.1992-ci il tarixli 342 saylı “Azərbaycan Respublikası Təhsil Qanunu” nun 3.2 maddəsinə əsasən, dövlət təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər; 3.4 maddəsinə görə, sosial müdafiəyə və yardıma ehtiyacı olan vətəndaşların təhsil hüququnu təmin etmək məqsədilə DÖVLƏT onların TƏHSİL XƏRCİNİ QİSMƏN, yaxud BÜTÜNLÜKLƏ ÖZ ÜZƏRİNƏ GÖTÜRÜR ; 3.5 maddəsinə əsasən, pullu təhsil müəssisələrində təhsil alan AZTƏMİNATLI VƏTƏNDAŞLARA eyni növdən və tipdən olan dövlət təhsil müəssisələrinin normativləri əsasında dövlət tərəfindən ödənc verilir ; 3.8 -ci maddədə yazılıb ki, vətəndaşlar təhsil müəssisələrinin proqramlarını sərbəst surətdə öyrənib EKSTERN YOLU ilə imtahan verərək müvafiq təhsil sənədi ( ali təhsilin birinci -bakalavriat pilləsi də daxil olmaqla ) almaq hüququna malikdirlər. Görəsən , Təhsil Nazirliyi və BDU, eləcə də digər ali təhsil müəssisələri niyə masaüstü qanun kitablarını oxuyub tətbiq etmirlər? Axı, 19.06.2009 tarixli “Təhsil haqqında” qanunun 5-ci maddəsinin tələbinə uyğun olaraq, dövlət sosial mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına, ayrı-seçkiliyə yol verilməməsinə təminat verir , ali təhsilin hər bir səviyyəsində …bir dəfə PULSUZ TƏHSİL ALMAQ HÜQUQUNU TƏMİN EDİR ! 13-cü maddəyə əsasən, əyani, qiyabi, distant (məsafədən, sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir və bu formalar çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. Qanunu icra və tətbiq etməyə borclu olan Təhsil Nazirliyi isə illərdir bir qazinin əlavə təhsil almaq hüququnu təmin edə bilmir! (?) Ən yaxşı halda, BDU-nun özbaşınalığını Naxçıvan Dövlət Universitetinə müraciət etmək məsləhəti ilə “qiymətləndirən” TN sonda tələbə kreditindən yararlanmaqla təhsil haqqı qarşılığında təhsil ala bilməyi dövlət adından diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin 03.05.2019 tarixli “ l və ll dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncamı ilə sözügedən əlillərin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin qərara alınması da BDU-nun təhsil haqqı tələbinə son qoymayıb. Prezident sərəncamından 2 ay sonrakı məktublarla prorektor İradə Əliyeva və rektor Elçin Babayev bildirib ki, NK-nın 06.09.2010 tarixli 165 saylı qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydaları”nın 8.2 bəndinə əsasən yalnız ödənişli əsaslarla təhsil almaq olar. Yəni, Bakı Dövlət Universiteti kobudcasına NK qərarını Prezident fərmanından, qanundan, Konstitusiyadan üstün tutub və tutmaqdadır !(?)
BDU-nun hüquqa tüpürməsinə nə Konstitusiya Məhkəməsi, nə Ombudsman, nə də hüquq mühafizə orqanları son qoyur. Qanunverici hakimiyyətin - Milli Məclis üzvlərinin az qala yarısının BDU-nun
müəllimləri olması qanunsuz təhsil haqqını müdafiə etməyə haqqı verir. Məhkəmə hakimiyyəti də, deyəsən, haqqını alıb, düz 4 aydır Yasamal məhkəməsi “pozulmuş təhsil hüququnun bərpası və dəyən maddi - mənəvi ziyanın ödənilməsi” tələbi ilə qaldırılan iddianı gizlədir. Əlilliyi olan şəxslərə, qazilərə qarşı ayrı-seçkiliyə baxın, tələbə olmağı arzulayan ali təhsilli qazi ali təhsil ocağının müəllimi olmaq istəsəydi , görün, hansı hoqqalardan çıxacaqdı bu haqqyığan məmur ordusu ? ! İndi dərərləndirin, qanunla doğrulanan hüquq üstündür , yoxsa qanunsuz haqq?"
Paylaş:
Müəllif : Yazar
Tarix:24-08-2021, 16:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-08-2021, 16:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09