reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi üçün yeni elektron xidmət istifadəyə verilib

reklam

Şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi üçün yeni elektron xidmət istifadəyə verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi barədə məlumatların rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən Agentliyə elektron formada təqdim edilməsi məqsədilə yeni e-xidmət istifadəyə verib.

Bu barədə trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.

O bildirib ki, qeyd olunan e-xidmət vasitəsilə imtiyazlı şəxslərin mənzil növbəsinə qeydiyyatı prosesi artıq elektronlaşdırılıb. Belə ki, rayon (şəhər) İcra Hakimiyyətlərinin əməkdaşları qeyd olunan vətəndaşların mənzil növbəsinə götürülməsi üçün tələb olunan məlumatları və sənədləri yerindəcə həmin e-xidmət üzərindən sistemə daxil edərək doğruluğunu təsdiq edəcəklər. Bununla elektron qaydada növbəyəalınma prosesi bitməklə həmin məlumatlar əsasında Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təminat prosesinin həyata keçirilməsi üçün müvafiq işlər aparılacaq.

Mənzil növbəsinə qeydiyyatın elektronlaşdırılması bu sahədə müasir və şəffaf iş prinsiplərinin, operativliyin təminatına xidmət edəcək. Həmin e-xidmət üzərindən növbəti mərhələdə mənzillə təmin edilən imtiyazlı şəxslər barədə də məlumatlar daxil ediləcək.

Yeni e-xidmət, ondan istifadə prosedurları barədə Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən rayon və şəhər İH-lərinin müvafiq əməkdaşları üçün təlimlər keçirilir.

Sözügedən e-xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya bazasına inteqrasiya olunub. Gələcəkdə sistemin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya bazası ilə də inteqrasiya olunması nəzərdə tutulur.


Paylaş:


Müəllif : Tarix:
25-08-2021, 13:32
Sikayət   


loading...
Загрузка...