Şəhid ərini çiynində daşıyan qadın: “Dedi ki, “bəlkə evimdə son dəfə yatıram” - FOTO
“Həyat bizə ən sərt üzünü göstərdi”.
Bu sözləri Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn gizir Çingiz Məmmədovun həyat yoldaşı Kifayət Məmmədova Modern.az-a müsahibəsində deyib.
Oxu.Az həmin müsahibəni təqdim edir:
- Həyat yoldaşınızla tanış olduğunuz günü necə xatırlayırsınız? Ailənizin təməli necə qoyulub?
- Hərb xidmətdə Çingiz qardaşımın əsgəri olub. Atam bir gün qardaşımın əsgərlərini qonaq çağırdı. Çingiz də bizə gəldi. Elə həmin gün bir-birimizi görüb bəyəndik. Sevgi hekayəmiz həyat hekayəmiz kimi çətin oldu. Mənim atam, yoldaşımın anası ailə qurmağımıza razılıq vermirdilər. Onlar razı olmadıqları üçün Çingiz məni qaçırdı, daha sonra ailə qurduq. Hər ailədə çətinlik ola bilər, amma o çətinliklərə baxmayaraq, çox xoşbəxt idik.
- Gəlin, həyat yoldaşınızla birgə yaşadığınız xoşbəxt günləri yada salaq...
- Həyat yoldaşım ailəsinə bağlı insan idi, övladlarına hər zaman qayğı göstərirdi. Hərb həyatı və hərbçi yoldaşı olmaq çox çətindir. Səkkiz il evli olmuşuq, mən onu barmaqla sayılacaq qədər görmüşəm, aylarla evə gələ bilmirdi. Sonuncu övladımızın adını Uğur qoydu. Dedi ki, “bizim uğurumuz olsun”.
O qədər gülərüz insan idi ki, qoymazdı evdə kimsə üzgün olsun, bir şey edib hamının əhvalını düzəldərdi. İş yoldaşları deyir ki, “Çingiz işdə hamının kefini açardı, günün necə başlayıb, bitdiyini anlamırdıq”. Həyat hekayəm acı olsa da, qürurvericidir ki, mən şəhid yoldaşıyam.
- Sonuncu dəfə nə vaxt görüşmüsünüz? O gün yadınızda necə qalıb?
- Sentyabrın 25-də son dəfə evimizə gəldi. Neçə aylar idi ki, evə gəlmirdi, ancaq təlimlərdə olurdu. Son dəfə evdə olduğu yerə və tabutu qoyulan yerə baxa bilmirəm...
Ayın 25-i gələndə ona aldığım təzə koftanı geyinib uzandı. Dedim ki, yatma dur danışaq, uşaqlarla oyna. Mənə dedi ki, “bəlkə evimdə son dəfə yatıram, qoy yatım...”
Şəhid olmadan öncə də zəng etdi. Həmin zəngdə qardaşının şəhid olduğunu bilsə də, bizə demədi. Söylədi ki, “yuxarı qalxıram, zəng etməsəm, narahat olma”.
Qardaşının qisasını almağa gedirmiş, qisasını aldı, özü də şəhid oldu. Bizdə adət var ki, yoldaşı rəhmətə gedən qadının başına qara yaylıq bağlayırlar. Amma mən qoymadım başıma qara yaylıq bağlansın, o şəhid oldu, ölmədi. Başım açıq öz qollarımda daşıdım onun tabutunu...
- Arzular sonsuz, tükənməz olur. Sizin hansı arzularınız var idi?
- O qədər arzularımız var idi. Artıq arzu etməyə qorxuram, düşünürəm ki, nəsə arzu etsəm, yenə yarımçıq qalacaq. Qızımızın olmasını arzulayırdıq. Evdə söhbət edirdik, Çingiz dedi ki, “Uğur böyüsün, övladıma kiçik toy edəcəyəm”. Dedi, amma edə bilmədi.
Həyat bizə ən sərt üzünü göstərdi. Kaş ki, hər şey fərqli olardı. Övladlarımın həm anası, həm atasıyam. Çalışacağam ki, onların bütün istəklərini yerinə yetirim.
- Həyat yoldaşınızdan sizə yadigar qalan əşyalara toxunanda, görəndə hansı hissləri yaşayırsınız?
- Təkcə əşyalar yox, evimizin hər yeri ondan yadigardır. Şəkillərə baxıram, sanki gülür və yanımdadır. Yuxularıma tez-tez gəlir. Yaşadığım hissləri nə qədər danışsam da başa sala bilmərəm. Allah heç bir anaya bu acıları yaşatmasın.
Qeyd edək ki, Çingiz Məmmədov 1992-ci ilin iyulun 9-da Şəmkir rayonunda anadan olub. Gizir rütbəsində xidmət göstərib. Vətən müharibəsi zamanı qardaşı Məmmədov Cavid və özü qəhrəmancasına şəhid olublar.
Ç.Məmmədov vəfatından sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-08-2021, 15:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-08-2021, 15:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti