reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan əsgərini əsir götürən erməni polisinin Ağdərədə nə işi var?

reklam

Azərbaycan əsgərini əsir götürən erməni polisinin Ağdərədə nə işi var?

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Müdafiə nazirliyindən "Hürriyyət.az"a verilən məlumata görə, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Ermənistan Təhlükəsizlik Xidməti xəbəri təsdiqləyərək bildirir ki, Cəmil Babayev Ağdərə istiqamətində dövlət sərhədini pozduğuna görə, həmçinin azyaşlıları öldürmək istədiyinə görə ona cinayət işi açılıb.

PS. Baş vermiş hadisə bəzi sualları cavabsız qoyur. Ermənilərin yaydığı fotodan görünür ki, əsir götürülən əsgərimiz hərbçi geyimindədir. Əsgərin geyimindən tankist olduğu görünür. Bəs, psixatriya şöbəsində bu formada niyə gəzirlər? Ağdərədə Ermənistanla sərhədimiz olmadığı halda, əsgərin hansı sərhəddən keçməsi sual altındadır... Digər maraqlı bir məqam isə Ağdərədə erməni polisinin nə işi var? Əsgər Ağdərə istiqamətində hərəkət edirsə, niyə dövlət sərhədinin pozulduğu iddia edilir?...Ümid edirik ki, cavabsız sualların cavabı veriləcək...


Paylaş:


Müəllif : Tarix:
26-08-2021, 13:57
Sikayət   


loading...
Загрузка...