Rusiya sərhədçiləri Gorus-Qafan yolundakı Azərbaycan hərbçilərini mühasirəyə aldı... - NƏ BAŞ VERİR?
"Əldə etdiyimiz məlumata görə, Sünik(Zəngəzur ərazisi-S.L.) dövlətlərarası yolunu bağlayan təxminən 75 nəfərdən ibarət Azərbaycan hərbi birləşməsi rus sərhədçilər tərəfindən mühasirəyə alınıb”.
Moderator.az xəbər verir ki, bu məlumatı qəsbkar Ermənistanın “Qraparak” nəşri yayıb.
“Rusiya sərhədçiləri bu hissədəki sərhədin və yolun Rusiya silahlı qüvvələrinin nəzarətində olduğunu bilə -bilə yolu bağlamağa və erməni kəndlərini blokadada saxlamağa cəsarət edən azərbaycanlıların təkəbbüründən qəzəblidirlər.
Hazırda Rusiya sərhədçiləri ilə Azərbaycan hərbçiləri arasında danışıqlar aparılır ki, sonuncular mühasirədən çıxsın və əvvəlki mövqelərinə qayıtsın. Ermənistan müdafiə naziri də Sünikdədir”- deyə erməni qəzeti daha sonra yazır.
Xatırladaq ki, dünən – 26 avqust səhər saatlarından başlayaraq erməni mediası Gorus-Qafan, ardınca isə Gorus-Urud(“Vorotan”) yolunun da Azərbaycan ordusu tərəfindən bağlanması və Ermənistanın xeyli hissəsinin blokadada qalması haqda məlumatlar yayır. Bəhs edilən yol eyni zamanda İrandan Ermənistana gələn dövlətlərarası avtomobil yoludur...
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2021, 09:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2021, 09:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti