“Delta” ştammının suda 72 saata qədər yaşadığı məlum olub - Diqqət!
Rusiyanın "Vektor" dövlət virusologiya və biotexnologiya araşdırma mərkəzinin mütəxəssisləri koronavirusun “Delta” ştammının suda sağqalma müddətini araşdırıblar.
APA "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, digər ştammlar kimi “Delta” suda 72 saata qədər yaşaya bilir.
Lakin o da vurğulanıb ki, virusun iki gündən çox suda yaşaya bilməsi çayda və ya dənizdə çimən insanın yoluxmasına səbəb ola biləcəyi anlamına gəlmir. “Vektor”a görə bununla bağlı hələlik heç bir dəlil yoxdur.
Xatırladaq ki, keçən il mərkəzin mütəxəssisləri içməli və dəniz suyunda “SARS-CoV-2” virusunun canlılığını öyrənmişdilər. Daha sonra 1, 3, 24, 48 və 72 saat ərzində artı 4 dərəcə temperaturda saxlanılan içməli su nümunələrində koronavirusun ömrü ilə bağlı nəticələr əldə edilmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2021, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2021, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti