Türkiyə Kabil aeroportunu idarə edəcəkmi? – “Taliban” təminat verməlidir...
"Taliban" Türkiyənin özünün təhlükəsizliyi təmin etməsinə razlaşmasa, Ankara Kabil aeroportunun idarəçiliyinə razılıq verməyəcək.
“Reuters” agentliyi bunu aeroportdakı terror hücumlarından sonra iki rəsmiyə istinadla yazıb.
Avqustun 31-dək bütün xarici qüvvələr Əfqanıstanı tərk etməlidir və bu tələb Türkiyə əsgərlərinə də aiddir. "Taliban" Türkiyədən aeroportu idarə etməyə texniki kömək istəyib.
Qeyd edək ki, Türkiyə NATO missiyasının tərkibində son altı ildə aeroportda təhlükəsizlik üçün məsuliyyət daşıyıb. Avqustun 26-da aeroport yaxınlığında azı bir İslam Dövləti intiharçısının törətdiyi hücumda 13 ABŞ əsgəri daxil olmaqla 110 nəfər öldürülüb.
Türkiyənin bir aparıcı rəsmisi bu hücumun "Taliban"ın aeroportun təhlükəsizliyini təmin etmək qabiliyyətinə şübhələr yaratdığını deyib.
“Bu əməliyyat texniki baxımdan Türkiyə tərəfindən həyata keçirilə bilər... amma bizim tələbimiz budur ki, Türkiyə təhlükəsizliyi də təmin etsin. Bu, keçmiş əsgərlər, keçmiş polis və tam özəl şirkətdən təşkil olunmuş təhlükəsizlik komandası vasitəsilə görülə bilər”, – anonimlik şərtilə danışan rəsmi deyib.
Prezident Rəcəb Tayyip Ərdoğan avqustun 27-də deyib ki, riskin böyük olması səbəbindən Türkiyə hələ yekun qərar verməyib. Onun sözlərinə görə, Türkiyə kommersiya reyslərinə başlamağa tələsmir, Ankara Kabildə, nəhayət, sakitlik yaranan kimi qərar verəcək.
Başqa bir türkiyəli rəsminin sözlərinə görə, "Taliban"ın elan elədiyi təhlükəsizlik tədbirləri, məsələn, aeroport ətrafında gözətçi qüllələrin qurulması potensial Türkiyə missiyasının təhlükəsizliyi üçün yetərli deyil. “Bu çox ciddi işdir və biz təhlükəsizlik və əməliyyat haqda birlikdə düşünməliyik. Bizim yanaşmamız belədir ki, hətta təhlükəsizlik Türkiyə Silahlı Qüvvələri tərəfindən təmin olunmasa belə, Türkiyə tərəfindən həyata keçirilməlidir”, – rəsmi deyib.
"Taliban" avqustun 15-də Kabili tutandan sonra azı 350 türkiyəli əsgər və 1400 nəfər digər şəxslər təxliyə olunub. Türkiyə “Taliban”la bağlı mötədil bəyanatlar versə də, Ankaranın mövqeyinin onların gələcək addımlarından asılı olacağını deyib. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:27-08-2021, 21:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-08-2021, 21:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54