"Bəzi ailələrdə qadına əmlak kimi baxırlar.... - Bu, uzun illərdir dəyişmir"
Hər zaman dövlətimiz gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması üçün addımlar atıb. Azərbaycan Respublikasının qanunvericiliyi həyatın bütün sahələrində qadın və kişilərin bərabərliyi ideyalarını ifadə edir. Bütün bunlar cəmiyyətdə gender qeyri-bərabərliyinin ləğv edilməsi və genderə görə balanslaşdırılmış siyasətin inkişafı üçün əsasdır.
Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur.
Gender problemləri ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir və milli siyasətin prioritet məsələlərindən birinə çevrilmişdir. Çünki cəmiyyətdə və ailədə qadının rolu böyükdür. Artıq bütün sahələrdə qadınların fəaliyyətini görmək mümkündür. Təhsilli, savadlı, dünyagörüşlü qadın eyni zamanda vətənpərvər, tərbiyəli uşaqlar yetişdirir. Uşaqlar isə bizim gələcəyimizdir.
Bütün bunlara baxmayaraq, son illər ailədaxili münaqişələr, qadına qarşı şiddət halları, qadın qətlləri, boşanmaların sayı artıb. Bəs, buna səbəb nədir? Cəmiyyətdə və ailədə önəmli rola malik qadınlar niyə XXI əsrdə şiddətə məruz qalır? Qadına şiddətinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
“Yeni Müsavat” qəzetinə mövzu ilə bağlı danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, qadınlara münasibət ailələrdə birmənalı deyil:
“Ailədaxili münaqişələr, qadına qarşı şiddət, qadın qətlləri, boşanmalar, erkən nikahlar, selektiv abortlar - hamısı bir-biri ilə bağlı məsələlərdir. Biz birini digərindən ayıra bilmərik. Selektiv abortun özü bir cinayətdir. Erkən nikahlar, təhsildən yayındırma da onun kimi cinayət əməlidir. Bunların hamısı zəncirin bir halqasıdır. Bunlarla bağlı ciddi işlər görülməlidir. Bəs, bütün bu əməllərə səbəb nədir? Səbəblər çoxdur. Qloballaşmadan, gender stereotiplərinin kəskinləşməsindən tutmuş radikal düşüncənin yayılmasına, təbliğindən tutmuş sosial rolların dəyişməsinə, iqtisadi amillərə, davranış dəyişikliyinə, ailələrin bir-birinə qarşı qarşılıqlı dəstək və anlayışının azalmasına, qadın və kişilərin münasibətlərində etibar, inam və dözümsüzlüklərin artmasına qədər çox səbəblər olaraq ortaya qoya bilərik. Bütün faktorlardan biri digərini tamamlayır. Bəzi ailələrdə qadına əmlak kimi baxırlar. Bu, uzun illərdir dəyişmir. Sosial şəbəkələrdə din xadiminin adından ailələr, qadınlar barədə radikal fikirlər bölüşülürsə, bu özü insanlara mənfi təsir göstərir. Təhsilsizlik, insanların bir-birinə dəyər verməməsi, maddiyyatın insanlıqdan üstün tutulması da insana qarşı münasibətə mənfi təsir göstərir”.
Zeynalova bildirib ki, qanunvericiliyə əsasən qadın və kişilər ölkəmizdə bərabərhüquqludur:
“Cəmiyyətimizdə qadın-kişi bərabərliyi var. Amma ailə münasibətlərində bunu deyə bilmərik. Çünki ailə münasibətlərini tənzimləyən tərbiyə, mühitdir. Məni gender bərabərsizliyi olan mühitə aparsalar, orada daşqalaq edərlər. Olduğumuz mühit önəmlidir. Mən qeyri-bərabərlik olan mühitdə nə qədər maarifləndirmə aparsam da, ilk başlarda o daş-qalağa məruz qalacam. Mühiti dəyişmək lazımdır. Cəmiyyət necə olursa, ailədə də qadına elə münasibət göstərilir. Bu gün sosial şəbəkələrdə qadınlar günahkar göstərilirsə, hələ də yalnız qadın əxlaq norması hesab edilirsə, bu vəziyyətdə tərəzi tez-tez yerini dəyişir. Amma bəzən biz bunu hiss etmirik. Sosial şəbəkələr bunu bizə çox gözəl hiss etdirir. Biz iş yerimizdə hörmət görürük, tabeliyimizdə kişi əməkdaşlar var. Amma bu bütün cəmiyyətdə qadınlar belə yaşayır deyə bilmərik. Qadınlar isə unutmamalıdır. Hər nə olur, olsun, qanun bizi qoruyur. Ona görə qadınlar hüquqlarından düzgün istifadə etməlidir. Bəzən linç edilən qadınlar çox tez ruhdan düşür və özünü müdafiə etmir. Amma qadınlar öz hüquqlarını qorumalıdırlar. Çünki cəmiyyətimiz, dövlətimiz gender bərabərliyini qoruyur”.
Zeynalova qeyd edib ki, qadın qətllərinin qarşısını almaq üçün bir çox addımlar atılmalıdır:
“Qadınlara qarşı zorakılıqlarla bağlı bütün siyasi sənədlərə yenidən baxılmalı və artıq bu mövzu ciddi şəkildə tədqiq olunmalı, hər bir rayonun öz xüsusiyyətinə uyğun olaraq işlər aparılmalıdır. Daha sonra maarifləndirmə ilə yanaşı xidmət paketləri təqdim olunmalıdır. Təəssüflər olsun ki, mövcud resurslarla bağlı məlumatlar verilmir ki, məişət zorakılığı ilə üzləşən qadınlar hara gedə, kimə müraciət edə bilər. Təbliğatın kökündə artıq bu məsələ dayanmalıdır. Dəstəklərin, xidmətlərin çevikliyini təmin etmək lazımdır. Məsələn, aşkar ediləndə ki, qadına qarşı zorakılıq var, qadınlar deyil, artıq kişinin özü üçün reabilitasiya proqramı tətbiq etmək lazımdır. Münaqişə olan ailələrdə kişilərin məcburi psixoloji xidmətə göndərilməsi və bu ailə yenidən bir arada olar bilər və yaxud bilməz məsələsi gündəmdə olmalıdır.
Düşünürəm ki, elektron qandalları məhbuslardan daha çox məişət zorakılığı törədən şəxslərə tətbiq etmək lazımdır ki, onların neqativ davranışları ilə bağlı dərhal xəbər tutulsun. Hər zorakılıq qruplarının yanına bir polis mühafizəçisi qoymaq iqtidarında deyilik. Amma elektron qandalın həmin şəxslərə tətbiq edilməsi xeyli sayda hadisələrin qarşısını almış olar".
Paylaş:
Müəllif : Yazar
Tarix:28-08-2021, 08:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-08-2021, 08:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16