Deputat Əvəz Zeynallıya xəbərçilik etdi... – Novruz Aslan ətrafında daha bir qalmaqal - VİDEO
Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı 86 saylı İsmayıllı Seçki Dairəsindən deputat seçilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanovla bağlı maraqlı açıqlamalar verib.
Bakupost.az xəbər verir ki, o, N.Aslanovla bağlı efirdə səsləndirdiyi fikirlərə görə qarşı tərəfin ona zəng etdiyini və bu zaman bir neçə maraqlı məqamın ortaya çıxdığını bildirib.
Jurnalist qeyd edib ki, deputat Tahir Kərimlinin həbs olunan həmkarı Eldəniz Səlimovla bağlı məlum çıxışından sonra ona təzyiqlərin olmasıyla əlaqədar informasiyalar gedib və bu informasiyalarda Novruzəli Aslanovun da adı hallanıb. Tahir Kərimli Reaksiya.tv-yə açıqlamasında bildirib ki, həmin çıxışdan sonra həmkarları da ondan üz döndərib, yaxın dostu olan deputat qızının toyuna onu dəvət etməyib, hətta onunla bir liftə belə minməyib. Bu çıxışdan sonra isə mətbuat həmin deputatın Novruzəli Aslanov olduğu yazıb. Çünki həmin dövrdə Milli Məclis üzvlərindən övladına toy edən yalnız bir nəfər olub - Novruzəli Aslanov. Hətta bu toyda karantin qaydalarının kobud şəkildə pozulduğuna dair mətbuatda çoxsaylı məlumatlar, fotolar da dərc edilmişdi.
Maraqlı olan həm də odur ki, T.Kərimlinin Eldəniz Səlimovla bağlı çıxışı ilə N.Aslanovun qızının toyu eyni günə - avqustun 3-nə təsadüf edir. Ona görə də ehtimal edilirdi ki, əvvəlcə T.Kərimli həmin toya dəvət olunub, lakin məlum çıxışından sonra “ən yaxın dostu və həmkarı” ona toyda iştirakının “məsləhət olmadığını” çatdırıb.
Əvəz Zeynallı da bu ehtimalları öz efirində səsləndirib. Bundan bir neçə gün sonra isə Novruzəli Aslanov ona zəng edib və məlumatın yalan olduğunu bildirib. Novruzəli Aslanov Əvəz Zeynallıya onun mobil nömrəsini çətinliklə tapdığını deyib. Bildirib ki, axırda tanınmış bir adam ona nömrə verib, amma ciddi bir xəbərdarlıq edib: “Mənə dedi ki, danış, amma ehtiyatlı ol, Əvəz Zeynallı danışdığı adamların səsini yazır”.
Əvəz Zeynallı millət vəkilinin bu sözündən xeyli təəccüblənib və buna bir veriliş həsr edib. İndi həmin verilişi təqdim edirik. Amma ondan əvvəl bir məsələ maraqlıdır: N.Aslanov Əvəz Zeynallıya bu xəbərçiliyi niyə edib? Bu, yalnız sözgəlişi deyilən bir sözə heç oxşamır... Əvəz Zeynallının həmin adamın ünvanına işlətdiyi ifadələrdən anlaşılır ki, əslində, deputat onun kimliyini hansısa formada Əvəz Zeynallıya çatdırıb (Əslində, çoxlarına bəllidi)... Amma niyə? Bax, işin bu hissəsi çox maraqlıdır...
Paylaş:
Müəllif : Fuad
Tarix:30-08-2021, 16:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-08-2021, 16:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29