Sabahdan QADAĞA başlayır – 40-a yaxın sahədə COVID pasportu YOXLANACAQ
Pandemiya ilə əlaqədar olaraq sabahdan etibarən yeni məhdudiyyətlər qüvvəyə minir.
Belə ki, sabahdan etibarən ümumilikdə 40-a yaxın fəaliyyət sahəsində çalışanların ən azı 80 faizi birinci doza peyvənd olunubsa, işə buraxılacaq.
Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli qərarında belə deyilir. Söhbət dövlət qurumları, tibb və əczaçılıq, elm-təhsil müəssisələri, kommunal, nəqliyyat, logistika, komunikasiya, sosial, ticarət, iaşə, mehmanxana, turizm, maliyyə və s. sahələrdə çalışanlar gedir.
Oktyabrın 1-dən isə ikinci doza peyvənd olunmaları və ya immunitet sertifikatıalmaları tələb olunur. Bundan əlavə yaşı 18-dən çox olan ali və orta ixtisas məktəblərinin tələbələri, kafe, restoran, otel və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən istifadə etmək üçün COVID pasportuna malik olmalıdırlar. Yəni, sabahdan sözügedən iaşə obyektlərinə giriş üçün peyvənd pasportu tələb ediləcək.
Peyvənd pasportunun yoxlanması qaydaları da müəyyənləşib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlanıb.
Mobil tətbiqdən qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcək. Sabahdan etibarən sözügedən müəssisələrə girişdə səlahiyyətli şəxs tətbiq vasitəsilə vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun COVID-19 pasportunun olub-olmamasını yoxlaya biləcək.
Qeyd edək ki, məlum qərarda hələlik gözəllik salonları və bərbərxanalarda COVID pasportu tələbi yoxdur.
Çünki onlar eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar hesab olunmur. Amma bu xidmət sahəsində çalışan işçilərdən peyvənd pasportu tələb olunacaq.
Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-08-2021, 13:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-08-2021, 13:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti