reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Müharibə 45 gün davam etsəydi, bu gün Xankəndində bir nəfər də erməni olmazdı”

reklam

“Müharibə 45 gün davam etsəydi, bu gün Xankəndində bir nəfər də erməni olmazdı”


“Sentyabrın 2-də Xankəndində ermənilər "müstəqillik" elan etdiklərinin 30 illiyini qeyd etməyə hazırlaşırlar. Rusiya "sülhməramlıları vasitəsilə" zorla Xankəndinə gətirilmişlərə bu mərasimi həyata keçirmək üçün hər tərəfli dəstək verir, Laçın dəhlizindən bu əldəqayırma yubileydə iştirak etmək üçün Ermənistandan istər parlament üzvülərini, istərsə də çinovnikləri Xankəndinə gəlməyə həvəsləndirir və xüsusi müşaiyət dəstəsi yaradıb”.

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağ adlı qurumun ləğv etdiyini yaddan çıxardıb.

“Əgər müharibə 44 yox 45 gün davam etsəydi, bu gün Xankəndində və ətrafında bir nəfər erməni də olmazdı və Azərbaycanda nə Laçın dəhlizi nə də sülhməramlı qüvvələr ola bilməzdi. Amma Rusiya bunu yaddan çıxarıb.

Ermənilərin 30 illik mərasim qeyd etməkləri Rusiyanın icazəsi və təşəbbüsü ilə keçirilir. Hər halda Azərbaycanda hər kəs bunu bilir. Rusiya özünü Azərbaycanın ağası hesab edir və bu fikrindən əl çəkməyə hazırlaşmır.

Azərbaycanın Şuşada mərasim keçirməsini, Fizuli aeroportunun tikməsini, Fizuli-Şuşa magistralı çəkilməsini onunla razılaşdırmaması və bu işlərin kosmik sürətlə görülməsini həzm edə bilmir. Azərbaycanı yerinə oturtmaq üçün 30 illik müstəqillik adı altında uşaq oyunu təşkil edir.

Azərbaycan Rusiyanın onun böyük qardaşı olmadığını ona başa salmalıdır. Türkiyə Azərbaycanda iştirakını gücləndirməlidir. Nə qədər ki, Putin var biz bu Rusiyadan canımızı qurtara bilməyəcəyik. Bizə Zelenskinin Baydenlə görüşü və ikitərəfli müdafiə müqaviləsinin bağlanmasının, Ukrayna, Gürgüstan və Moldovanın NATO-ya qəbul edilməsinin çox böyük xeyri ola bilər.

Ermənistan Türkiyə və Azərbaycanla müqavilə bağlasa rusların sülhməramlıları ya öz xoşları ilə getməlidir, ya da işğalçı statusunda Azərbaycanda qalmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
1-09-2021, 08:22
Sikayət   


loading...
Загрузка...