Məhkəmə Hüquq Şurası Aparatının məsləhətçisi sədri əvəz edir?
Hakimlərin Dövlət Bayrağı önündə içdikləri andı pozmalarına qiymət verilmir
“Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli 310-lQ saylı Azərbaycan Respublikası Qanununun 95-ci maddəsi hakim təyin olunanların görəvlərinin icrasına başlamazdan öncə Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə and içməsini doğrulayır :
“ƏDALƏT MÜHAKİMƏSİNİ AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA və QANUNLARINA TAM UYĞUN OLARAQ , QƏRƏZSİZ , ƏDALƏTLƏ HƏYATA KEÇİRƏCƏYİMƏ , HAKİMİN MÜSTƏQİLLİYİNİ və LƏYAQƏTİNİ QORUYUB SAXLAYACAĞIMA , YÜKSƏK HAKİM ADINA HÖRMƏT RUHUNDA DAVRANACAĞIMA AND İÇİRƏM.”
Nə yazıq, dövlətin , vətəndaşın və ədalət mühakiməsinin qarşısında hakimlərin məsuliyyətini təcəssüm etdirən hakim andına əməl edənlər barmaqla sayılası qədər olar, ya olmaz. Böyük çoxluq andiçmə mərasiminin başa çatması ilə Dövləti də, Bayrağı da, andını da unudur. And da , ad da, Konstitusiya da rüşvətdən, korrupsiyadan aşağıda tutulur. Beləcə hakim andına, adına, Ana Qanuna ləkə salınır. Ləkəni yumaq görəvi isə Məhkəmə Hüquq Şurasının və baş prokurorluğun üzərinə qoyulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 295-ci maddəsinə görə, hakimin bilərəkdən düzgün olmayan akt qəbul etməsi cərimədən tutmuş , azadlıqdan məhrum etməyə kimi məsuliyyət yaradır. Prokurorluq isə, yetərincə belə faktlar olmasına baxmayaraq, cinayət işi qaldırılmasını təmin etmir. Gerçəkdə belə hallarda qeyri-prosessual münasibətlər öz sözünü deyir. Məhkəmə qərarlarının icrasından imtina edilməsi CM -in 306-cı maddəsi ilə doğrulanan məsuliyyət yaratsa da, bu maddənin tətbiqi də “yaddan çıxır”. Məhkəmə Hüquq Şurasından (MHŞ ) heç danışmağa dəyməz. Təsəvvür edin, MHŞ Aparatının məsləhətçisi sədrin səlahiyyətlərini icra edir! (?) Özü də Konstitusiyaya, Qanuna qarşı özbaşına cavablarla! Ən populyar cavab isə “MHŞ-nın məhkəmə qərarlarının qanuniliyini yoxlamaq səlahiyyətinin olmaması”dır. Vətəndaş illərdir işə baxılmamasından, süründürməçilikdən, məhkəmə qərarlarının verilməməsindən və s. maddi və prosessual hüquq normalarının pozulmasından şikayət edir, KİV-də çıxış edir, MHŞ isə məsləhətçi səviyyəsində şikayəti araşdırmaq səlahiyyətinin olmadığını bildirir. “Məhkəmə Hüquq Şurası haqqında” 28 dekabr 2004-cü il tarixli 818-llQ saylı Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, MHŞ Aparatı Məhkəmə Hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, şuranın iclas protokolunun aparılması, şuranın qəbul etdiyi qərarların icrası , habelə şuranın səlahiyyətləri ilə bağlı digər məsələlərin həll edilməsi üçün yaradılır. Başqa sözlə, aparatın vətəndaşların şikayətlərinə baxmaq , hələ üstəlik şikayətin əsaslı olub-olmadığını yoxlamaq səlahiyyəti qanunda nəzərdə tutulmayıb . “Məhkəmələr və hakimlər haqqında” qanunun 111-ci maddəsində hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciətlərə səbəb kimi fiziki və hüquqi şəxslərin şikayətləri, kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar və digər hallar doğrulanıb. Məhkəmə Hüquq Şurası isə baş prokurorluqdan daxil olan iddiaçı qazinin şikayətinə aparatın məsləhətçisi Nərminə Murğuzovanın 30.08.2021 tarixli məktubu ilə elə cavab verib ki, “erməni budaq cümləsi” yetkisi bağışlayır : “..Bakı İnzibati Məhkəməsinin icraatında olan işin halları və digər məsələlər haqqında müraciətə baxılaraq müəyyən edilib ki, 01.12.2020 tarixli qərardadla iddia mümkün sayılmamış və qərardaddan apellyasiya şikayəti verilməmişdir. Qərardaddan apellyasiya şikayəti vermək hüququndan yararlana bilərsiniz”. Özünüz deyin, bu cavabdan şikayətçi nəsə anlaya bilər? Nə tərəflərin, nə işin, nə də hakimin adı çəkilir. Söhbət hansı işdən gedir? Bəyəm Bakı İnzibati Məhkəməsinin özbaşınalığı elə bircə işlə yekunlaşır? 5 ildir tələbkar kimi verilən ərizələrə nə qərarı çıxaran hakim Şərafət Məmmədova, nə də 3 ildir onu əvəz edən hakim Aygün Abdullayeva baxır. Halbuki İnzibati Prosessual Məcəllənin (İPM) 116.2 maddəsinə əsasən, məhkəmə qərarlarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 120-ci maddəyə
görə, inzibati orqan tərəfindən onun üzərinə qoyulan öhdəliklər icra olunmadıqda, məhkəmə tərəflərin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə uyğun olaraq borcluya 50 min manata qədər cərimə tətbiq edə bilər və qərar yenə icra edilməzsə, cərimə təkrar edilə bilər. Bakı İnzibati Məhkəməsinin hakimləri isə nəinki xidməti vəzifələrini yerinə yetirir, heç tələbkarın ərizələrinə də 6-cı ildir baxmırlar. Yeri gəlmişkən, məhkəmənin böyük məsləhətçisi Ramin Şükürov da MHŞ Aparatının məsləhətçisi Nərminə Murğuzova kimi tələbkarın ərizəsini saxtalaşdırıb və guya tələbkarın iddia ərizəsi verdiyini, bu ərizənin İPM—in 46.1 maddəsinə uyğun olmadığını bildirib. Tərəflərin hüquqi statusunun bilərəkdən məsləhətçi səviyyəsində yanlış göstərilməsi Bakı İnzibati Məhkəməsinin özbaşınalığına daha bir sübutdur. “Azəriqaz”a qarşı iddiaya da Fərid Mədətli 2 ilə yaxındır baxmır. Bəlkə MHŞ Aparatının məsləhətçisi bu işdən danışır? Nə bilmək olar, bəlkə Rüstəm Kərimlinin 2 saylı BİİM-də hakimlik edərkən Nərimanov bələdiyyəsinə qarşı iddiaya cavabdehlə qeyri-prosessual ilişgi sonucunda icraata xitam verməsi, Bakı AM-in bu xitam qərarını ləğv edərək işi ilyarımdır Bakı İnzibati Məhkəməsinə göndərib, yenə də qərardadı ləğv edilən Sabunçu məhkəməsindən ezam olunmuş eyni hakimə (Rüstəm Kərimli) verilən işdən söhbət gedir? Rüstəm Kərimlinin yüksək hakim adına ləkə gətirən hərəkəti onun Sabunçu məhkəməsindən “tanışlıqla” Bakı İnzibati Məhkəməsinə ezam olunması və qanuna, Məcəlləyə hörmətsizlik edərək ləğv edilən qərardadı üzrə işə yenidən hakim təyin edilərək, Nərimanov bələdiyyəsi qarşısında götürdüyü öhdəliyi icra etmək amacı ilə işi gizlətməsində üzə çıxır. Gerçəkdə bu ləkəni baş prokurorluq “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9-cu maddəsinə əsasən “yumalıdır”. Bəlkə baş prokurorluqdan MHŞ-ya daxil olan müraciət də hakimin korrupsiya ilə bağlantısını yoxlamaq amacı güdür? Amma belədə məsləhətçi , istəsə də, MHŞ sədrinin və üzvlərinin səlahiyyətlərindən yararlana bilməz axı! Nə isə, biz MHŞ Aparatının məsləhətçisi Nərminə Murğuzovanın “şifrəli” cavabının hansı işin hallarına uyğun gəldiyini güman etməkdə olaq, hakim Rüstəm Kərimli də gizlincə iddianı mümkün saymamaqda olsun, görək hakim andı nə deyir? Ədalət mühakiməsini Konstitusiyaya, qanunlara, normativ hüquqi aktlara uyğun olmayan ədalətsiz, qərəzli, hakim adına ləkə gətirən şəkildə həyata keçirən hakimə andı qənim olar, ya olmaz?
Məğrur Bədəlsoy
Paylaş:
Müəllif : Fuad
Tarix:2-09-2021, 17:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-09-2021, 17:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29