reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Qidalara müəyyən dərmanlar qatırlar və uşaqların doğulmasının qarşısını alırlar" - Sərdar Cəlaloğlu

reklam

"Qidalara müəyyən dərmanlar qatırlar və uşaqların doğulmasının qarşısını alırlar" - Sərdar Cəlaloğlu

“Elmi işlərin bir hissəsi də şeytani məqsədlərə xidmət edir. Məsələn, atom silahının kəşfi, eləcə də kimyəvi və bakteroloji silahların kəşfləri... COVID-19 gəldikdə isə aydındır ki, viruslar asanlıqla genetik təcrübələrə yararlı sayılır. Ona görə də virusların üzərində daha çox genetik eksperementlər aparırlar. Görünür, COVID-19 virusu hansısa niyyətlə aparılan təcrübə olub və nəzarətdən çıxıb”.

Bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu COVID-19 virusunun dünyada insan sayının azaldılması məqsədilə süni formada yaradılması haqda fikirləri şərh edərkən deyib.

Sərdar Cəlaloğlu hesab etmir ki, COVID-19 virus məhz dünyada insan sayının azaldılması üçün dövriyəyə buraxılıb: “Məsələn, dünyada insanların sayının azaldılması üçün belə viruslara ehtiyac yoxdur. Qidalara müəyyən dərmanlar qatırlar və uşaqların doğulmasının qarşısını alırlar. Belə imkan var. Eləcə də eyni cinslərin evlənməsinə icazə verirlər. Yəni dünyada insan artımının qarşısının alınması üçün minlərlə üsul var. Amma COVID daha çox uşaqları deyil, böyükləri öldürür”.

O bildirib ki, COVID-19 süni prosesdir: “Koronavirus illər əvvəldən elmə məlumdur. Belə bir virus var, amma bu virusun indiki halı onun süni sürətdə genində oynanıldığını göstərir. Yəni bu təbii proses kimi ortaya çıxmayıb”.


Paylaş:


Müəllif : Tarix:
3-09-2021, 13:45
Sikayət   


loading...
Загрузка...