İKİ İGİDİMİZİN ŞƏHİDLİYİNƏ ŞAHİD OLAN SAAT... - VİDEO
“Vüsalın əşyalarını təhvil alanda ən çox sevdiyi hərbi saatını görmədim. Sonuncu şəklində uzunqollu hərbi forma geyindiyindən saatın qolunda olub-olmadığı görünmürdü. Dəfələrlə çantaları açdım, təkrar-təkrar baxdım, amma saat tapılmadı. Vüsalın ən sevimli yadigarını tapa bilmədiyim üçün çox kədərləndim. Saatdan tamamilə əlimi üzdüm. 11 aydan sonra telefonuma zəng gəldi…”
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev deyib.
O bildirib ki, qardaşı ilə son döyüşdə yaralanan qazi Eldəniz Verdiyev saatın komandirinə, yəni Vüsal Vəliyevə məxsus olduğunu deyib. Döyüş vaxtı yadigar veribmiş. Amma sonradan o da şəhid olub. Həmin saat Eldəniz şəhid olduqdan sonra da 9 ay qolunda qalıb. Sonra saat Eldəniz Verdiyevin ailəsinə təhvil verilib.
Saatı 11 aydan sonra şəhid Eldəniz Verdiyevin qardaşı Elton Verdiyev Vüsal Vəliyevin ailəsinə təhvil verib.
“Vüsal qardaşıma komandir yox, qardaş olmuşdu. Mən bu əmanəti çatdırmalıydım”, - deyir Elton Verdiyev.
Şəhid Eldəniz Verdiyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb. İyunun 4-ü Eldənizin nəşi tapılıb və ailəsinə təhvil verilib.
Həmlə taborunun komandiri, mayor Vüsal Vəliyev işğal altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağdan başlayaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərədə vuruşub. Murovdağ yüksəkliklərinin alınması və Kəlbəcər uğrunda gedən döyüşlərdə iki dəfə yaralansa da, əsgərlərini tək qoymayıb, döyüşdən çıxmayıb. Onlarla yaralını xilas edib. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərində qəhrəmancasına şəhid olub.
Şəhid Vüsal Vəliyev ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” , “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2021, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-09-2021, 11:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti