"Azərsu" camaatı aldadır!" - Xeyrəddin Qoca
"Hörmətli redaksiya! Qobustan rayonunda, dağlar arasında, axar-baxarlı yerdə Xilmilli adlı qədim bir kənd var. Deyirlər, bu kənd 200 il bundan əvvəlin kəndidir. Onu da deyirlər ki, 200 ildən də çoxdur, bu kənddə su yoxdur!"
Bu fikirləri "AzPolitika.info" ya müraciətində tanınmış nasir və publisist, sabiq millət vəkili Xeyrəddin Qoca bildirib.
Xeyrəddin Qoca müraciətində daha sonra bildirir:" Kənd camaatı sadəcə dağlardan süzülüb gələn bir-iki bulaq suyundan istifadə edir. Vaxtilə sovet dövründə ruslar bu kənddə yaşayanda dağlardan süzülüb gələn bulaqlardan kəndin küçələrindən keçən bir su xətti çəkiblər, həmin xətt də köhnəlib dağılmışdır. Xətti birtəhər bərpa edib, həftədə iki dəfə, saatla kəndə su buraxırlar, camaat da vedrələrlə böyük əzab-əziyyət içində evlərinə su daşıyırlar!
Kənd adamlarının içərisində az-çox imkanı olanlar maşını 10-15 manata başqa yerlərdən su gətizdirirlər. Qocalar, əlsiz-ayaqsızlar qonşularına ayda 300-400 manat ödəyirlər ki, həftədə iki dəfə küçədəki su xəttinə buraxılan sudan mənzillərinə su daşısılar!..
Kənd camaatı, nəhayət, sabiq deputat kimi, yazı-pozu adamı kimi mənə müraciət etdilər. Mən də rayon İcra Hakimiyyətinin başçısı, əvvəllərdən tanıdığım Adil Məmmədova müraciət etdim. Heç demə, Adil müəllim də kəndə su çəkdirmək üçün çox çalışmış, bir nəticəsi olmamışdır.
Qərara gəldik ki, "Azərsu" ASC-nin keçmiş sədri Qorxmaz Hüseynova müraciət edək. Mən onunla görüşüb, kənd əhalisinin acınacaqlı vəziyyətindən danışdım. Bu söhbətimiz keçən ilin əvvəlləri olub. O da vəziyyəti öyrənib, kənddəki su xəttinə hər gün su buraxılması üçün artezian quyuları qazılmasından ötrü tapşırıq verdi. Keçən ilin yayında bir artezian quyusu qazılıb, ikincisini də qazmağa başladılar və işi yarımçıq qoyub getdilər!
Kənd camaatı da sevinirdi ki, nəhayət, kəndə su çəkilir, bizə də, su çəkənlərə də o qədər alqış edirdilər ki, dilləri ağızlarına sığmırdı...
"Az zamanda işi davam etdirəcəyik" deyə, camaatı aldatdılar, sonra da qış gəldi. Bu ilin əvvəlində yenə "Azərsu" ASC-yə xahiş-minnətə başladıq. Sədr də artıq dəyişmişdi.
Sədrin Əfqan adlı bir köməkçisi var, mən ona zəng etməkdən yoruldum, hər dəfə bir bəhanə gətirdi. Nəhayət, bu ilin iyulunda dedi ki, su-drenaj işlərinə Şöhrət adlı bir şöbə rəisi baxır, onunla əlaqə saxlayın. Avqust ayına qədər Şöhrət də bizi aldadıb vaxt keçirməyə çalışdı, axırda da dedi ki, ağır texnikamız haradasa işləyir, avqustun axırında boşalacaq, su çəkmək üçün Xilmilliyə göndərəcəyik...
Avqustun axırında Şöhrətə bir də zəng edəndə dedi ki, sədrə məlumat verim, cavabını sizə bildirəcəyəm. Sonra nə qədər zəng vurduqsa, Şöhrət cavab vermədi!
Yenidən sədrin köməkçisi Əfqana zəng vurdum, bu dəfə məni tanımadı. Handan-hana dəfələrlə danışdığımız yadına düşdü və yenə dedi ki, bu işlərlə Şöhrət məşğul olur, ona zəng edin. Mən də ona dedim ki, sən sədr Köçəri müəllimə məlumat ver, bizə bir cavab de, camaat gözləyir. Bizi başdan eləmək üçün "yaxşı" deyib, telefonun dəstəyini asdı!
Kənd camaatı "Azərsu" ASC-dən evlərə şəbəkə çəkməyi xahiş etmir, çünki bilirlər ki, şəbəkə baha başa gəlir və uzun çəkən prosesdir. Camaat sadəcə küçələrdəki köhnə su xəttinə hər gün, fasiləsiz su buraxılmasını istəyir ki, küçədən öz vəsaitləri hesabına evlərinə özləri boru xətti çəkib, su gətirsinlər. "Azərsu" isə camaatı aldatmaqda davam edir... Deməli, təzə sədr gəlsə də, köhnə özbaşınalıqlar davam edir!"
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2021, 14:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-09-2021, 14:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti