reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Deputat seçiləndən sonra bütün qohumlarımı işdən çıxardılar“ - Tahir Kərimli

reklam

“Deputat seçiləndən sonra bütün qohumlarımı işdən çıxardılar“ - Tahir Kərimli


Milli Məclisin deputatı Eldəniz Səlimovun həbsi səs-küysüz ötüşmədi. Yalnız mətbuat və ictimai təşkilatlar deyil, Səlimovun vəkili həmkarları da onun əməlini kəskin tənqid etdilər. Həmin vaxt yadda qalan məqam deputat Tahir Kərimlinin həmkarını müdafiə etməsi oldu.

Milli Məclisin tribunasından Eldəniz Səlimovu müdafiə edən Kərimli sonradan təzyiqlərə məruz qaldığını bildirdi.

Deputata kimlər təzyiq edirdi? Məsələ hüquqi müstəvidə araşdırıldmı?

Tahir Kərimli bu barədə Yenisabah.az-a danışıb. O, hazırda heç bir təzyiq olmadığını qeyd edib:

“Hadisədən dərhal sonra Daxili İşlər Nazirliynin müvafiq bəyanatı oldu və məsələ ilə maraqlandılar. Həmin bəynatdan sonra bildirdim ki, müəyyən narahatlıqlar var idi, lakin hazırda heç bir problem yoxdur.

Bu müddət ərzində Səlimovun hansısa qohumu, tanışı ilə ünsiyyətim olmayıb. Hamı bilir ki, mən bunu Eldəniz Səlimovun müdafəsi ilə yanaşı deputat statusum, qanunun müdafiəsi və parlamentin nüfuzunu qorumaq üçün etmişəm. Hazırda mənə qarşı müəyyən etinasızlıq yaranıb, məndən qaçanlar olur, lakin təzyiq hiss etməmişəm”.

Tahir Kərimli "cəmiyyətdə müəyyən düşün hakimdir ki, deputatların və məmurların övladları hər zaman vəzifədə olur. Sizin övladlarınız hansı vəzifələrdə çalışır?" sualına da cavab verib:

“1993-cü ildən sonra aparılan yoxlamalar zamanı təxminən 80-dən çox qohumum vəzifədən çıxarılmışdı. Mən deputat seçiləndən sonra qardaşlarım, bacılarımın övladları, yaxın qohumlarım heç kim vəzifədə qalmayıb. İndi də işləmirlər. Mən kimdənsə xahiş də etməmişəm ki, bu qohumumu, övladımı işə düzəlt. Bu səbəbdən məndən müəyyən narazılıqları da var. Ali təhsilli bacım oğlu köhnə maşını ilə taksi sürür. Vəziyyət belədir. Nə edim?

Bir nəfər öz təşəbbüsü ilə oğlumu işə götürüb, hər ay maaş alır. İnspektor işləyir.

Deputat seçildikdən sonra ailə üzvlərimdən birini AZAL-ın rəhbəri Cahangir Əsgərov işdən çıxardı. Qardaşım kommunal təsərrüfat şöbəsində hüquqşunas işləyirdi, onu da işdən uzaqlaşdırdılar. Deputat seçiləndən sonra demək olar ki, bütün qohumlarımı işdən çıxarıblar. Deputatlığın mənə ziyanı olub ki, xeyiri olmayıb”.


Paylaş:


Müəllif : Tarix:
6-09-2021, 14:58
Sikayət   


loading...
Загрузка...