"Pulu köçürəndə BSU-nun yox, Dürdanə Əliyevanın şəxsi hesabı olduğunu gördük” - Şahidlər danışdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Şahid Elnarə Hüseynova bildirib ki, BSU-ya ikinci ali təhsil üçün müraciət edib, universitetdə D.Əliyevanın yanına yönləndirilib:
“O, mənə II kursdan başlayacağımı, oxumadığım bir ilə görə isə əlavə 2 min manat pul verəcəyimi söylədi. Dürdanə Əliyevayanın özünə 2 min manat birbaşa kabinetində, əlavə iki dəfəyə isə 4 min manat bank hesabına köçürdüm. Bankda pulu köçürəndə BSU-nun yox, Dürdanə Əliyevanın şəxsi hesabı oluğunu gördük”.
Daha sonra digər şahid Sevinc İbrahimova dindirilib. O qeyd edib ki, D.Əliyevaya kabinetində təhsil haqqı kimi 4500 manat verib:
“Bir müddət sonra mənə universitetdən zəng gəldi. Dedilər ki, 3400 manat da borcum var”.
Şahidin ifadəsinə D.Əliyevanın vəkili etiraz edib. O söyləyib ki, S.İbrahimovanın ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmədəki ifadələri arasında ziddiyət var. Vəkilin sözlərinə görə, şahid ilkin ifadəsində D.Əliyevaya verdiyi pulun 3 min manatını "şapka" kimi verdiyini deyib.
Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin olunub.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-09-2021, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-09-2021, 15:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09