RUSİYA "TEXNİKİ SƏHVİNİ" NİYƏ DÜZƏLTMİR? – Bakı bu şərti qəti şəkildə qoymalıdır...
Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) sülhməramlıların təminatı ilə əlaqədar tender elanı məlumatında qondarma “Dağlıq Qarabağ Respublikası” ifadəsi hələ də çıxarılmayıb.
Xatırladaq ki, avqustun 13-də adıçəkilən saytda Rusiya ordusu üçün 4 fərqli ərazidə xidmətlərin satınalınması üçün 4 elan verilib:
- "Abxaziya Respublikası";
- "Cənubi Osetiya Respublikası";
- "Dnestryanı Moldav Respublikası";
- "Dağlıq Qarabağ Respublikası".
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirmişdi ki, bu məsələ ilə bağlı XİN-in etirazı diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırılıb: “Bu kimi yalnış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”.
Amma buna baxmayaraq, elan hələ də saytdan çıxarılmayıb və bu Rusiya tərəfinin Azərbaycan XİN-ə verdiyi cavabın səmimiliyini şübhə altında qoyur. Eyni gündə Rusiyanın postsovet məkanında yaratdığı qondarma rejimlərdəki hərbi kontingentin ehtiyacları barədə tender elanı yerləşdirilir və Azərbaycanın Qarabağ bölgəsində azsaylı erməni əhalisinin yaşadığı ərazi bu anklavlarla bir sıraya qoyulur.
Bu, əslində Moskvanın nə qədər ikiüzlü siyasət yürütdüyünü nümayiş etdirir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir (Prezident Putin dəfələrlə bunu bəyan edib-red.), digər tərəfdən sülhməramlı missiyasından kənara çıxaraq, müharibədə pərən-pərən düşmüş erməni separatçılarını öz “çətiri” altında toplayıb qondarma “dövlətçilik oyunu” oynayır.
Diplomatik kanallardan yayılan məlumatlara görə, Rusiyanın Azərbaycana qarşı bu cür təxribatçı hərəkətlərinə səbəb Bakının sülməramlıların statusu ilə bağlı əlavə sənədi imzalamaqdan imtina etməsidr. Moskva Qarabağdakı hazırda qeyri-legitim olan hərbi kontingentinin bölgədəki missiyasını legtimləşdirməyə çalışır.
Amma Azərbaycan rəhbərliyi hökumətlərarası müqavilənin ancaq 3 şərtin qəbul ediləcəyi təqdirdə mümkün olduğunu bəyan edib:
1. Qarabağda heç bir erməni silahlı dəstələri olmamalıdır;
2. Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;
3. Qarabağın özünüidarəetmə orqanları Bakı və sülhməramlıların razılığı ilə təyin olunmalıdır.
Bundan əlavə Rusiyanın sülhməramlıların statusu ilə bağlı Ermənistanla birgə sənəd imzalaması da beynəlxalq hüquqa ziddir. Bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamışdı.
O, hökumətin iclasında iddia etmişdi ki, İrəvan Moskva ilə belə bir razılaşma imzalasa da Azərbaycan imtina edib. Maraqlıdır, Ermənistan Azərbaycanın BMT tərəfindən tanınan ərazilərindəki rus hərbi missiyası ilə bağlı Rusiya ilə hansı əsasla sənəd imzalaya bilər?
Prezidentin köməkçisi hazırda Rusiya ilə Qarabağdakı sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələrin hələ davam etdiyini bildirib.
“Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər",- deyə Prezidentin köməkçisi vurğulayıb.
H. Hacıyevin bu açıqlamasından Bakının öz tələblərində israrlı olduğu təsdiqlənir. Ümumiyyətlə, imzalanacaq sənəddə həm Rusiyanın, həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz qəbul etdiyini təsdiqlənməlidir. Bakı bu şərti qəti şəkildə qoymalıdır. Buna həm də ona görə ehtiyac var ki, Moskva və İrəvan gələcəkdə Qarabağda Azərbaycanın suverenliyinə zərər verəcək hansısa oyunlar oynamaq niyyətinə düşməsinlər...
Paylaş:
Müəllif : Fuad
Tarix:6-09-2021, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-09-2021, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti