reklam
Regionxeberlericom.az » Cəmiyyət » Genetik xəstəlikləri olan insanların koronavirusa qarşı peyvənd olunması vacibdirmi? Həkim məsləhəti

reklam

Genetik xəstəlikləri olan insanların koronavirusa qarşı peyvənd olunması vacibdirmi? Həkim məsləhəti


Genetik xəstəlikləri olan insanların koronavirusa qarşı peyvənd edilməsi məsləhətdirmi?

Media.Az-ın bu sualını Ailə Planlaşdırma Mərkəzinin həkim-genetiki Günay Əmirli cavablandırıb.

O, bu xəstələrin COVID vaksinasiyasının vacib olduğunu bildirib və öz fikrini belə əsaslandırıb.

“Genetik xəstəliklər heç vaxt kəskin olmur. Bir qayda olaraq, bunlar xüsusi terapiya ilə müalicə edilə bilən ləng proseslərdir. Amerika Genetiklər Assosiasiyası və Amerika Pediatrlar Birliyinin beynəlxalq protokoluna və açıqlamalarına görə, əqli geriliyi olanlar da daxil olmaqla, müxtəlif genetik sindromlu insanlar koronavirusa qarşı peyvənd edilməlidir. Səbəb isə odur ki, genetik xəstəliklər immunitetin zəifləməsilə müşayət olunurr. Bu insanların COVID-19-a yoluxma və xəstəliyi ağır keçirmə ehtimalı çox yüksəkdir. Buna görə də, xəstəliyi daha yüngül formada keçirmək üçün mütləq peyvənd olunmaq lazımdır”, - deyə həkim bildirib.


Paylaş:


Müəllif : Tarix:
6-09-2021, 21:28
Sikayət   


loading...
Загрузка...