Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ: İmtahanın ikinci mərhələsinə qeydiyyat başlayır
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyat başlayır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 9-dan 16-dək davam edəcək.
Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (birinci mərhələ) “məqbul” alan (40 və daha çox bal toplayan) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (ikinci mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2021, 10:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2021, 10:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti