reklam
Regionxeberlericom.az » Cəmiyyət » Axtarışda olan daxili işlər naziri - “ Taliban“ etiraz edir

reklam

Axtarışda olan daxili işlər naziri - “ Taliban“ etiraz edir


"ABŞ-ın yeni Əfqanıstan hökumətinin daxili işlər naziri olaraq Siracəddin Həqqanini qara siyahıda saxlamasını qınayırıq".

Bunu "Taliban" hökumətinin informasiya nazirinin müavini Zəbihullah Mücahid bildirib.

O, Vaşinqtonu Doha razılaşmasını açıq şəkildə pozmaqda təqsirləndirib.

Bundan əvvəl ABŞ administrasiyası yeni Əfqanıstan hökumətini tanımadığını bildirib.

ABŞ-ın terrorçu siyahısında Həqqani Şəbəkəsi üzvlərinin adları var.

Birləşmiş Ştatların Federal Təhqiqat Bürosu (FTB) Siracəddin Həqqaninin həbsinə görə mükafatı 10 milyon dollara yüksəldib.

Həqqani Şəbəkəsi liderinin həbsinə səbəb olan məlumatlara görə daha əvvəl 5 milyon dollar mükafat təyin edilmişdi.

2008-ci ilin yanvarında Kabildə bir otelə hücum edərək, bir amerikalı da daxil olmaqla, 6 nəfərin öldürülməsində ittiham edilir.

Bundan başqa, o, Əfqanıstanda ABŞ qüvvələrinə hücum və Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzaya uğursuz sui-qəsddə iştirakda ittihamlanır.

Şəbəkənin qurucusu Cəlaləddin Həqqani sovet ordusuna, daha sonralar amerikalılara qarşı döyüşüb.

Siracəddin Həqqani "Əl-Qaidə" ilə yaxın əlaqələri olan şəbəkənin hazırkı lideridir.

Şəbəkənin 4 üzvü yeni "Taliban" hökumətinin naziridir.




Paylaş:


Müəllif : Tarix:
9-09-2021, 16:55
Sikayət   


loading...
Загрузка...