İntiqam Soltan Afaq Bəşirqızıya səsləndi: - “Sual verirəm, axı niyə?..”
Xalq artisti Afaq Bəşirqızının teatrların açılması ilə bağlı sualları cavablandırarkən "bu məsələ, ümumiyyətlə, müzakirə olunmamalıdır" deyə bildirməsi sənət adamları arasında birmənalı qarşılanmayıb. İstər teatr direktorları, istərsə də aktyorlar Afaq Bəşirqızı ilə qətiyyən razılaşmadığını və teatrların açılmasının tərəfdarı olduğunu deyiblər.
Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan Qaynarinfo-ya müsahibəsində bildirib ki, aktyorların səhnədən uzaq qalması onların passivləşməsinə səbəb olub.
- Tam səmimi deyirəm. Heç kəsin fikrinə əks arqumentim yoxdur. Afaq xanımın arqumenti olmasa, deməz. Amma mən də öz arqumentlərimi deyirəm. Afaq xanım mənim böyük bacımdır, mən onu çox istəyirəm. Ola bilsin, Afaq xanım bizim özümüzə və qarşımızdakılara laqeyid münasibətimizi əsas götürüb və bu fikirləri səsləndirib. Mənim tanıdığım onlarla insan var ki, xəstələnib, amma analiz verməyə getmir. Deyir ki, bəs mən getsəm, uşaqlara kim baxacaq. Deyirəm, sən xəstəxanaya getməməyinlə neçə-neçə ailəni bədbəxt edə bilərsən. Biz çox laqeyid millətik. Əgər Afaq xanım bu arqumentləri gətirirsə, haqlıdır.
- Hər il teatrlar sentyabrın 15-də yeni mövsümlərini açıq elan edirdilər. Bununla bağlı teatrlara hər hansı məlumat verilib?
- Yox, heç bir məlumat verilməyib. Əgər məlumat olacaqsa, ümumi veriləcək, konkret olaraq teatrlara bir-bir məlumat verilməyəcək. Təbii ki, hər şey Operativ Qərargahın qərarından asılıdır. Düşünürəm ki, teatrların bu qədər kəskin qapanmaya getməsinə ehtiyac yoxdur. Amma görünür, mənim bilmədiyim başqa şeylər var. Təbii ki, Operativ Qərargah teatrların bağlı qalmasını məndən daha yaxşı bilir.
- Siz bir rəhbər olaraq teatrların açılmasının tərəfdarısınız?
- Dünyanın heç bir yerində teatrlar Azərbaycandakı kimi qapanmayıb. Qonşu ölkələr olan Rusiya, İran, Gürcüstan və Türkiyədə bu cür qapanma yoxdur. Rəhbərlik etdiyim teatr üçün bunun məntiqini aşağıdakı kimi izah eləmişəm. 1. Aktyorlarımız hamısı vaksin olunub. 2. Aktyorlarla tamaşaçılar arasında ən azı 6-7 metr məsafə olur. 3. Bizim tamaşaçılarımızın böyük əksəriyyəti uşaqlar olduğuna görə, onların vaksinasiya olunması heç məsləhət deyil. Çünki uşaqlar üçün təhlükə yoxdur. 4. 300 nəfərlik zalda 50 nəfər tamaşaçını elə yerləşdirə bilərik ki, sosial məsafə yetərincə qorunar. 5. Teatrda olan inzibatçılar vaksinasiya olunmayan və COVİD pasportu olmayan valideynləri teatr zalına buraxmaya bilərlər. Bundan daha tutarlı faktlara ehtiyac varmı? Varsa, açıqlasınlar. Bizim o qədər də böyük çərçivəmiz yoxdur. Kimsə asqıranda bütün cəmiyyət xəbardar olur. Təbii ki, teatrların açılması söhbəti müzakirə söhbəti olsa, onu birinci mətbuat və teatr rəhbərləri biləcək. Hələ belə bir müzakirə yoxdur. Demək ki, Operatıv Qərargah bizim bildiyimizdən daha çoxunu bilir. Afaq xanıma sual verirəm axı niyə teatrlar açılmasın? Bu, Afaq xanımın öz baxış bucağıdır. Mən onun fikirlərinə böyük hörmətlə yanaşıram. Amma mən də yuxarıda 5 bənddən ibarət baxış bucağımı açıqladım. Mənim dediklərimdə hər hans məntiqsizlik görürsünüz? Biz arada şəhid övladları üçün təşkil olunan tədbirlərə gedirik. O günü bizim teatrdan 4 nəfər xəbardarlıq aldı.
- Səbəb nə idi?
- Pandemiya dövründə aktyorlar çox passivləşib. Səhnədə aktyorun passivliyini adi tamaşaçılar belə hiss edir. Mən özüm də onu teatrın bədii rəhbəri və direktoru olaraq gördüm. 4 nəfərə iki ay vaxt verdim ki, öz üzərinizdə işləyin. Sizin üçün çətin deyil, evdə oturun, işləyin, yaradıcılıq potensialınızı daha da genişləndirin. Əks təqdirdə siz teatrla, səhnə ilə vidalaşmalı olacaqsınız. Pandemiya, "evdə qal” teatrda da özünü göstərir. Vəziyyət çox pisdir. Bizim olimpiada uğursuzluqlarının ana xəttində qapanmalar dayanır. Amma nədənsə kafe və restoralarda, toylarda qapanmalar yoxdur, toya 50 nəfərin yerinə 150 nəfər gələ bilər və s. Amma teatr sənətinə gələndə 300 nəfərlik yerdə 50 nəfəri otuzdura bilmərik. Səbəbini bilmirəm. Biz səhnədə işləyirik və dövlət bizə əmək haqqı ödəyir. Əmək haqları kəəsilməyib və bu baxımdan aktyorların qətiyyən narazılıqları yoxdur. Sadəcə olaraq biz bu cəmiyyətin bir nümayəndəsiyik və sözümüzü səhnədə deməliyik. Cəmiyyətin axsayan təbəqəsinin ayağının altını təmir etmək istəyirik. Ən azından axsayan tərəf varsa, çalışmalıyıq ki, bu cəmiyyət axsamasın. Teatrlar həmişə eybəcərlikləri üzə çıxaran və maarifləndirici məkan olub. Teatrların olmamağı illər sonra görünəcək. Biz tamaşaçılardan mesajlar alırıq, deyirlər ki, teatrların qapanması bizə çox pis təsir edir. Biz öz mənəvi dəstəyimizi tamaşalardan almışıq. Dövlət bizə səhnədən maaş verib və bu, pandemiya vaxtında bir qəpik də olsun kəsilməyib. Bundan etirazımız yoxdur. Etirazımız bu qədər səhnədən uzaq qalıb passivləşməyimizdir. Hər kəs deyə bilər ki, aktyorsan, get üzərində işlə. Belə deyil. Bu sözü aktyorluğu, incəsənəti bilməyən adam deyə bilər. Biz sənət adamıyıq, səhnədən ayrı qala bilmirik. Biz deməliyik, danışmalıyıq ki, nəsə dəyişsin. Nədən dəyişməyə cəhd etməyək? Bizdən sonra gələn nəsil daha da passivləşəcək. Hər şeyi elektronikanın üstünə yıxmaq olmaz. O kölgələrlə ünsiyyət və münasibətdir. Toylarımız artıq onlayn olur. Bizim əməkdaşlarımızdan biri onlayn nişanlanıb. Nə qədər gülüncdür. Teatr canlı sənətdir, aktyor da səhnədə olmalıdır. Onlayn teatr olmaz.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-09-2021, 10:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-09-2021, 10:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45