“Kirayədə qalmağa məcburam…” - Elçibəy evi haqqında
Mənim heç zaman dəbdəbəli evim olmayıb. Olubdur vaxtilə alçaq məhəllələrdə 1-2 otaqlı. Xaricdən gələndə almışam. Sonra onu ehtiyacı olan birinə verərək çıxıb getmişəm, kirayələrdə qalmışam. Mən həbsxanada olanda qardaşım Almurad bəy mənzil aldı, mən də gəlib həmişəlik burada qaldım. Bunu hamı bilir.
Prezident olanda da evim yox idi. Polyaniçko çıxıb Moskvaya getmişdi. Bir dəfə televiziyada bir veriliş oldu, Polyaniçko dedi ki, Bakıdan ötrü ürəyim darıxır; çalışacağam ki, ora qayıdım. Bizim adamlar fikirləşdilər ki, Polyaniçko gəlməmiş evini əlindən alaq, belə fikirlərə düşməsin. Ancaq bu mənzili dövlət adamlarından birinin ayağına yazmaq lazımdı. Kimə dedilərsə götürmədi. Pənah bəy də, İsa bəy də razı olmadılar. Axırda məni "bişirdilər" ki, Sizin xaricdən şəxsi qonaqlarınız, dostlarınız gələndə onları öz evinə aparmağınız yaxşıdır. Prezident otaqlarında qalmağınız düz deyil, həm də axı hamını prezident sarayında qəbul etmək mümkün olmur, mehmanxanaya yerləşdirirsiniz. Özü də bu mənzil Prezident Aparatına yaxındır; ailəniz də qalar, qonaq da qəbul edərsiniz. Nəysə, razılaşdım, mənim adıma yazdılar, ancaq eləcə də qaldı. Özüm bircə dəfə gedib baxdım ki, bu nə evdir. Baxdım, dedim ki, bura mənim yerim deyil - burada yaşaya bilmərəm.
- Dəbdəbəliydi?
- Dəbdəbəli deyəndə ki, yaxşı təmirli evdi.
- Neçə otaqdı?
- Vallah, bilmirəm - 4, ya 5 otaqdı. Otaqların 1-2-sinə baxdım. Bir də kranları açdım, gördüm ki, suyu yoxdur. Dedilər ki, burada olmursunuz, ona görə su gəlmir, köçsəniz açılacaq. Vəssalam. Oradan o çıxan oldum, bir də getmədim. Bunu hamı bilir.
- Heç orada yaşamadınız?
- Qətiyyən.
- Ailəniz də?
- Heç on dəqiqə belə! Bakıya qayıdandan sonra fikirləşirdim ki, ora köçə bilərəm. Sonra elə oldu ki, getmək istəmədim - mən çoxlu adamları qəbul edəcəyəm, onlarla görüşəcəyəm, oradasa polis durur, gələnlərə icazə verilməlidir və s. Özümü belə çərçivəyə salmaq istəmədiyimə görə o evdən imtina etdim. Şəhər rəhbərliyinə bildirdim ki, başqa ev versəniz, qardaşımın ailəsinin də mənim ailəmlə yaşamasına imkan yaratsanız (onun da ailəsi böyüyüb; oğlu evlənib. İndi bu mənzildə dörd ailə yaşayır) mən bu mənzili təhvil verərəm. Belə də razılaşdıq. Onu da deyim ki, həmin mənzilin qiyməti çox yüksəkdi. Çünki həm şəraiti gözəldi, həm də dənizin qırağındadı.
- Deyilənə görə, yarım milyon dollara yaxın qiyməti var.
- Bilmirəm. Bəziləri 400 min dollar deyir, bəziləri də bundan çox. Mən elə şeyləri çox bilmirəm də, qarışmıram da.
Nəysə, həmin mənzilimin əvəzində Azadlıq prospektində mənə 10 otaqlı (iki ailə üçün; hərəyə 5 otaq), 140-160 min dollarlıq ev verdilər. Orderini də almışıq, amma hələ hazır deyil. Yaza kimi hazır olub-olmayacağı bəlli deyil. Çox güman ki, mən tezliklə kirayədə yaşamalı olacağam, çünki uşaqlar kənddən gəlməlidir, məktəbə qoyulmalıdır. Qardaşımın bu mənzilindəki dörd ailənin içinə mən onları necə gətirim? Buna görə də yeni evə köçənədək kirayədə qalmağa məcburam.
Ədalət Tahirzadə "Elçibəylə 13 saat üz-üzə", səh. 114-116
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-06-2019, 16:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-06-2019, 16:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08