reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ramin Hacılı həbsxanada 8 gündür aclıq edir: “Vəziyyəti ağırdı”

reklam

Ramin Hacılı həbsxanada 8 gündür aclıq edir: “Vəziyyəti ağırdı”


Azərbaycan Avropa Hərəkatının sədri, aktivist Ramin Hacılı həbsxanada başlatdığı aclıq aksiyasını 8 gündür davam etdirir. Hazırda vəziyyəti ağırdır.
Bu barədə onun anası Hürü Hacıyeva məlumat verib.
“Həbsxanadan mənə Raminin səhhəti bağlı heç bir məlumat vermirlər. Həkim nəzarətində olub-olmamasından xəbərsizəm. Amma indi vəkili ilə danışdım. Dedi ki, aclığı davam etdirir, vəziyyəti daha da ağırlaşıb. Sabah məhkəməsi var. Məhkəmədə onu görəcəyəm”.
H.Hacıyeva oğlunun həbsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmək istəyir:
“Prezident İlham Əliyevdən və Birinci-vitse prezident Mehriban Əliyevadan oğlumun həbsdən azad edilməsini xahiş edəcəm. Bununla bağlı Prezident Adminstrasiyasına qəbula getdim, amma pandemiya ilə bağlı qəbul dayandırılıb”.
Qeyd edək ki, Ramin Hacılı bir neçə gün öncə quru ölüm aclığına başlaması ilə bağlı müraciət yayıb:
“Mən özümü tamamən günahsız hesab etdiyimdən və iş materiallarından özümə qarşı ən ağır formada haqsızlıq olduğundan, paralel olaraq prokurorluğun apellyasiya müraciəti ilə daha dörd il həbs olunmağıma çalışması həyatımın təhlükə altında olduğundan xəbər verir. İstintaq hər kəsə deyir ki, bu iş Prezidentin nəzarəti altındadır. Bunu deməklə hansı məqsəd güddükləri gün kimi aydındır”.
Baş Prokurorluq bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onun barəsində məhkəmənin qərarı ilə bu il iyulun 10-da həbs qətimkan tədbiri seçilib.


Paylaş:


Müəllif : Tarix:
13-09-2021, 12:29
Sikayət   


loading...
Загрузка...