Kasıb tələbələr çıxılmaz durumda - Bakıda ucuz ev qalmadı
Azərbaycanda şagird və tələbələr bu tədris ilində (2021-2022) ənənəvi formada təhsil alacaqlar.
Pandemiya səbəbindən iki ildir təhsilini uzaqdan davam etdirən tələbələr artıq universitet və kolleclərdə pandemiya qaydalarına riaət etməklə təhsillərini əyani şəkildə davam etdirə biləcəklər. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Təhsilin ənənəvi formada təşkili regionlarda yaşayan tələbələri nə qədər sevindirsə də, onların qayğılarını bir o qədər artırıb. Tələbələrin ən böyük qayğısı isə kirayə mənzillə bağlıdır. Tələbatın artması paytaxtdakı kirayə mənzil bazarına necə təsir edib? Kirayə mənzil bazarında hansı dəyişikliklər var?
Cebhe.info-nun apardığı kiçik araşdırma zamanı tələbələrin paytaxtda kirayə ev tapmaqda çətinlik çəkdikləri üzə çıxıb.
Əmlakçı Nərgiz Əzimova son günlər onlara müraciət edənlərin əksəriyyətinin tələbə olduğunu bildirib:
“Kirayə evlərə tələbat qat-qat artıb. Məsələn, keçən ay 10 mənzil üçün 15-20 adam müraciət edirdisə, indi bu rəqəm 100-ə qalxıb. Xüsusilə, universitetlərə yaxın ərazidəki evlərə tələbat artıb, həmin evlərin qiymətlərində də 30-50 manat artım müşahidə olunub”.
Əmlakçı artıq kirayə evlərin tutulduğunu deyib:
“Tələbələr, əsasən, 300-400 manat civarında kirayə mənzil axtarırlar. Məsələn, “Elmlər Akademiyası” metrostansiyası ərazisində həmin qiymətə evlər yoxdur. Həmin qiymətə köhnə binalarda mənzil tapmaq olar, onlar da çoxdan tutulub. İndi 600 manata təklif olunan ev elə həmin qiymətə təklif olunur. Lakin bu qiymətlər tələbələrin büdcəsinə uyğun deyil”.
O bildirib ki, ümumiyyətlə, kirayə mənzilləri daha çox ailəli şəxslərə verirlər. Tələbələr üçün ev tapmaq çətindir, xüsusilə, oğlan tələbələrə ev vermirlər. Buna da səbəb kimi oğlanların evlərin səliqə-sahmanına diqqət yetirməməsini göstərirlər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bildirib ki, tələbələrin Bakı şəhərinə axını ilə bağlı ucuz kirayə mənzillərə tələbat artıb:
“Kirayə mənzil bazarında qiymətlərdə elə bir dəyişiklik yoxdur. Bakı şəhərində, metro stansiyalarına yaxın ərazilərdə kirayə evlərin sayı söküntülərlə əlaqədar məhdudlaşmışdı. İndi kirayə mənzil tapmaq çox çətinləşib. Bazarda ucuz evlər çox azdır. Bu cür evləri ya tələbələr kirayələyir, ya da regionlardan işləmək üçün gələnlər. İki ildir dərslərin onlayn formada təşkilinə görə həmin evlər demək olar ki, iş üçün gələn vətəndaşlar tərəfindən kirayələnib”.
Ekspert ev sahibləri ilə kirayə axtaran şəxslər arasında müqavilənin bağlanmadığını qeyd edib. Bildirib ki, ev sahibləri müqavilə bağlamamaqla vergidən yayınırlar:
“Əslində, ev kirayə edərkən ev sahibi ilə kirayəçi arasında müqavilə bağlanmalıdır. Ev sahibi də ordan vergi verməlidir. Bu müqavilədə hər iki tərəfin öz öhdəlikləri olur. Burada ev sahibi qeyd edir ki, məsələn, evi bir il ərzində 300 manata kirayə verir. Hansısa bir hadisə-zəlzələ, yanğın, dağıntı olmadıqda, ev sahibi mənzilin qiymətini artıra bilməz. Əgər qiymət artımı olarsa, ev sahibi kirayə yaşayan şəxsə təzminat ödəməlidir. Təəssüf ki, belə müqavilələr bağlanmır. Əmlak sahibi də tələbin artdığını görüb evini istədiyi qiymətə verir. Bu normal deyil. Bununla bağlı qanunvericilikdə bir bənd olmadığına görə hər kəs öz mülkünü hansı qiymətə istəyirsə, o qiymətə də təklif edir”.
“Əmlak bazarında kirayə evlərin qiymətləri nəyə əsasən müəyyənləşir?” sualına isə Elnur Fərzəliyev belə cavab verib:
“Daşınmaz əmlak bazarında qiymətləndirmə belə aparılır- hansısa bir əmlakın bazar dəyəri onun qiymətinin 15%-i ilə hesablanır. Məsələn: 60 minlik mənzilin 15%-i 300 manatdır. Aparılan bu cür hesablama daşınmaz əmlak bazarında yazılmamış qanundur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-09-2021, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-09-2021, 16:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29