Qəbələ sakini sağ ola-ola 1 il əvvəl ölmüş kimi qeydiyyata salınıb - GİLEY
Qəbələ rayon, Vəndam qəsəbə sakini Rəhimov Fərhad Xumar oğlu yaşadığı halda Qəbələ rayon Mərkəzi Xəstəxanası onu 1 il əvvəl ölmüş kimi qeydiyyata salıb.
Bu barədə həmin şəxsin oğlu Bəhlul Rəhimov məlumat verib. O bildirib ki, 1 aydır atasının yaşadığını sübut edə bilmir:
"Qəbələ xəstəxanası 1 il bundan qabaq atamı sağ ola-ola ölmüş kimi qeyd edib. Bizim uzun müddət bundan xəbərimiz olmayıb. "ASAN xidmət" mərkəzinə topaq qeydiyyatına düşmək üçün müraciət edəndə, atama deyiblər ki, "siz, 1 il bundan qabaq infarktdan rəhmətə getmisiniz və sizə sənəd verə bilmərik". Biz də pasport qeydiyyat şöbəsinə müraciət etdik. Onlar da eyni cavabı verdilər. Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramovun qəbuluna getdim, dedi ki, 2 gün ərzində məsələ həll olunacaq. 1 aydır mən atamın yaşadığını sübuta yetirə bilmirəm. Bu müddət ərzində bəlkə 15 dəfə "ASAN xidmət"ə, qeydiyyat şöbəsinə müraciət etmişəm. Xəstəxanadan arayış alıb, Qəbələ rayon məhkəməsinə vermişdim. Oradan da bildiriblər ki, iş inzibati məhkəməyə göndərilməlidir. Deməyim odur ki, xəstəxana öz səhvi ilə maraqlanmır. Fəhlə adamam. Yollarda qalmışam. Getməyim bir kənara, elə bir münasibət göstərirlər ki, sanki günah mənimdir. Əslində mən onları yox, onlar məni axtarmalıdırlar".
Xəstəxananın Baş həkimi Sabir Bayramov isə Trend-ə açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, TƏBİB-ə müraciət olunub və qısa zamanda problem həllini tapacaq:
"Vətəndaşı qəbul edib, proseduru ətraflı izah etmişik. Təsadüfən şəxsiyyət vəsiqəsinin seriya nömrəsində bir rəqəmi səhv yazıblar və belə bir hal yaşanıb. Bunlar hamısı həyatda olan şeydir. Şükür ki, ölüm-itim olmayıb, avtomobil qəzası yaşanmayıb, ildırım vurmayıb. Vətəndaşa arayış verilib və məhkəməyə təqdim etməsi bildirilib. Proses həm də TƏBİB-in diqqətindədir. Həll olunacaq".
"ASAN xidmət" mərkəzindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, vətəndaş bunun üçün "ASAN xidmət" mərkəzinə yox, Ədliyyə Nazirliyinin regional idarəsinə müraciət etməlidir.
“Siyasi və hüquqi strateji araşdırmalar mərkəzi”nin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, vətəndaş buna görə xəstəxananı məhkəməyə verib, təzminat ala bilər:
Əgər həqiqətən də xəstəxana vətəndaşın öldüyünü qeyd edibsə, ilk növbədə həmin xəstəxanadan yanlış məlumatın getməsi haqqında sənəd alıb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə müvafiq quruma təqdim etməlidir. Qurumlar bu sənədlər əsasında onun sağ olmasını təsdiqləmirlərsə, onun barəsində reyestr xidmətində qeydiyyat aparmırlarsa, o zaman vətəndaş müvafiq qeydiyyat qurumunun hərəkətlərindən məhkəməyə müraciət etməlidir. Məhkəməyə də həmin faktları təsdiq edən sənədləri təqdim etməlidir. Bu halda məhkəmə vətəndaşın sağ olmasını təsdiq edən qərar qəbul edə bilər. Qurumlar vətəndaşa baxaraq onun sağ olduğunu təsdiqləyə bilməzlər. Çünki insan insana bənzəyə bilər. Buna görə də arayış lazımdır. Bütün bu prosedurlar bitəndən sonra vətəndaş təzminat üçün xəstəxananı məhkəməyə verib, bu müddət ərzində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə nail ola bilər".
Paylaş:
Müəllif : Yazar
Tarix:13-09-2021, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-09-2021, 16:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Bu gün, 11:52