reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tikinti şirkəti 20 min cərimələndi

reklam

Tikinti şirkəti 20 min cərimələndi


“Mənnur Tikinti” MMC 20 min manat cərimə edilib.
Bu barədə Bakupost.az -a Qazax Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, “Mənnur Tikinti” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi, həmçinin fəhlənin tikinti zamanı az ağır dərəcəli bədən xəsarəti alması faktına dair Qazax Rayon Prokurorluğunda aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (əməyin mühafizəsi qaydalarının pozulması - zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəlləri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Toplanan materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Mənnur Tikinti” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.


Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 10:39
Sikayət   


loading...
Загрузка...