Tikintisinə 10 milyon ayrılmış modul tipli məktəblər hansı üsullarla quraşdırılır – Emin Əmrullayevin menyusuna
Məlum olduğu kimi Prezident İlham Əliyevin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişik edilməsi barədə 27 may 2021-ci il-il tarixdə Sərəncam imzaladı. Qeyd edək ki, Qanunda olunan dəyişikliklər dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin, o cümlədən satınalma metodunun aydınlıq və aşkarlıq şəraitində aparılmasını təmin etmək məqsədi ilə aparılıb. Bu dəyişiklik həm də dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılmasına, sahibkarlara iştirak üçün geniş imkanların yaradılmasına xidmət etmək üçün aparılıb.
Qanunda olunan bu kimi dəyişikliklərdən sonra satınalma prosesləri hecə həyata keçirilir? Burada şəffaf rəqabət prinsiplərinə nəzarət edilirmi? Sahibkarlara satınalmalarda iştirak etmək üçün şərait yaradılırmı? Qeyd edək ki, qanunda olunan bu dəyişikliklərə baxmayaraq yenə də öz ampulasında işləməyə davam edən, dövlət qurumları,idarə, təşkilat rəhbərləri var.
Aktualinfo.org satınalmalar yolu ilə bir çox xidmətlərini təklif edən ən böyük dövlət qurumlarından birinin, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tenderlər ətrafında araşdırmalar aparıb. Məlum olduğu kimi sözügedən qurum ölkə ərazisində fəaliyyətdə olan təhsil müəssisələrinin təmir tikintisindən tutmuş, digər bir çox təchizat işlərini də həyata keçirir.
Satınalmaların vahid elektron portalında yerləşdirilmiş məlumatlarda Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 02.07.2021-ci il tarixdən 06.09.2021-ci il tarixə qədər Respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmiri işləri və bir sıra orta məktəbin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə 17 açıq tender elanı yerləşdirilib. Dəyəri 3 milyon ABŞ dollarının ekvivalentindən çox olan açıq tenderlərdə isə sözügedən qurum noutbukların satınalınması,Respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmiri işlərinin satın alınması,digər malların alınması xərc maddəsi üzrə malların satın alınması,dəftərxana və təsərrüfat mallarının satınalınması, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üzrə isə 08.07.2021-ci ildən 16.08.2021-ci ilə qədər 5 tender elanı yerləşdirib. 16.02.2021-ci ildən 23.08.2021-ci il tarixinə qədər isə müxtəl mal materialların və xidmətlərin satınalmasına 8 təkliflər sorğusu yerləşdirilib.
Bizi maraqlandıran, Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması üzrə 08.07.2021-ci il tarixdə elan olunmuş təliflər sorğusunun nəticələri barədə isə satınalmaların vahid elektron portalında heç bir məlumata rast gəlmədik. Baxmayaraq ki, təkliflər sorğusu elanından artıq 40 gün vaxt keçib. Bu elanların rəsmi dövlət qəzetində dərc olunması istisna deyil.Bəs görəsən bu sorğunun nəticələri barədə satınalmaların vahid elektron portalında nə üçün heç bir məlumat yoxdur? Bu elanın satınalmaların vahid elektron portalından silinməsi ehtimalı da böyükdür və bu mövzuya biz ayrıca toxunmağı planlaşdırırıq. Bu xidmət üzrə qalib olan şirkətlər hansılardı və nə qədər vəsait ayrılıb? Ayrılan vəsait bəllidi. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 26 may 2021-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılmasını iyul ayında satınalma planlarına daxil edib. Respublikanın bir neçə rayonlarında quraşdırılacaq 31 ədəd modul tipli məktəblər dekabr ayında başa çatdırılmalıdır. Amma gəlin görək bu işlər necə görülür…
Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərində iştirak etmək istəyən sahibkarın verdiyi məlumata görə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində qanunsuzluq , vəzifədən sui-istifadə halları baş alıb gedir. Onun sözlərinə görə, Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində keçirilən satınalmalarda yeni, korrupsiyaya yol açan amillər baş alıb gedir. Yəni satınalma (tender) proseduru başlamamış artıq bütün işlər idarənin rəisi Anar Axundovun və rəis mavini Fərhan Əliyevin qohumlarının adlarına təsis edilmiş müəssisələr tərəfindən icra edilir.
Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Respublika Ərazisində modul tipli məktəblərin quraşdırılması işlərini “Təkliflər Sorğusu” üsulu ilə satın alınmasını elektron portal (elan 08.07.2021) üzərindən həyata keçirir. Sahibkar olaraq bizi də bu iş çox maraqlandırdı. Bəzi saytlardan https://azertag.az/xeber/1790247 əldə etdiyimiz məlumatlara görə ehtimal dəyəri on milyon (10 000 000.00 ) manat olan 31 ədəd modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Tenderdə iştirak etmək məqsədi ilə tender komissiyasına dəfələrlə müraciət etməyimizə baxmayaraq heç nə əldə edə bilmədik. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına zidd olaraq, iştirak etməməyimiz üçün hər cür maneələr yaratdılar. Hətta şərtləri çətinləşdirmək məqsədi ilə elanı da dəyişdirdilər. Modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki Ağsu, Şabran, Quba, Gədəbəy, Xaçmaz və digər rayonlarda məktəblərə baxış keçirdik.
Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Nəzərdə tutulmuş modul tipli məktəblərin 70 %-də artıq işlər başa çatmaq üzrə idi (şəkillər əlavə olunur). Bunları hansı şirkət və ya kim tərəfindən quraşdırılmasını öyrənmək mümkün olmadı. Qeyd edim ki, heç bir sahibkar tenderdə qalıb olmamış, müqavilə bağlamamış öz vəsaiti hesabına iş görməz. Bildiyimizə görə bu işləri Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbəri Anar Axundovun qohumlarının adlarına təsis edilmiş müəssisələr tərəfindən qeyri-qanuni yollarla nəğd hesablaşmalar üsulu ilə aparılır. Hətta orada çalışan işçilərin əmək haqlarının da nəğd qaydada ödənilməsini öyrəndik.
Bu qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara şikayət etdiyimi bildikdə. 22.07.2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təçhizat İdarəsində satınalma komissiyanın sədri olan Sirac Əliyev modul tipli məktəblərin quraşdırılması ilə bağlı idarənin rəis müavini Fərhan Əliyevin mənimlə görüşmək istədiyini bildirdi. Görüş zamanı onlara, satınalma müqaviləsi və digər sənədləşmələr olmadan qanunsuz olaraq işlərin 70%-nin görüldüyünü və bu halların Azərbaycan Respublikasının Qanunvericiliyinə, Prezidentimiz Möhtərəm Cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına zidd olduğunu bildirdim. Fərhan Əliyev bu qanunları kənara qoymağı, bunların qanunsuz işlərininə qarışmamağı və şikayət etməməyi məsləhət gördü. “Bunları qoy qırağa, biz sizə onsuz da modul tipli məktəblərin quraşdırılmasını verməyəcəyik – deyə , bildirdi. Bunların saxtakarlıqdan, korrupsiya əməlindən şikayət etməyəcəyim halda mənə qeyri qanuni yollarla xırda təmir işlərini verəcəklərini vəd etdilər. Bu da rüşvətin başqa yeni bir formasıdır. Mən onlara modul tipli məktəblərinin quraşdırılmasında israrlı olduğumu dedim və şikayət məktublarını aidiyyatı təşkilatlara göndərdim.
26.07.2021-ci il tarixdə modul tipli 30 məktəbin quraşdırılması işlərinin satınalınması üçün keçirilən qaununsuz tenderdə 9,8 milyon manatla qalib elan olundu. Qeyd etdiyim kimi tender oyunu başlamamış məktəblərin 70%-i quraşdırılmışdır. Saytda elan edilmiş ehtimal qiymətlərlə görülən işləri müqayisə etdikdə qiymətlər 5 dəfədən çox şişirdilmişdir. Məsələn Ağsu Təklə kəndində quraşdırılmış məktəbi 350 000.00 manata deyil 75 000.00 manata quraşdırmaq olardı. (şəkillər əlvə olunur) Məktəblərin quraşdırılmasında istifadə edilən materiallar çox ucuz və keyfiyyətsiz olmasının şahidi olduq. Yəni, sendviç panel (kv.m 35 manat ) deyil, profnastil dəmir lövhələr (kv.m 5 manat) və daş yundan (kv.m 2 manat) istifadə edilmişdir. Görülən işləri hansı materiallarla, hansı formada və hansı vəsait hesabına olacağını bilən sifarişçi təşkilat Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir.
Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidə digər işlər də belə həll olunur. Yəni, 23.07.2021-ci il tarixdə satınalma portalında elanı verilmiş Oğuz rayon məktəblərində Balakən rayonu məktəblərində cari təmir işləri, Ağsu rayonu 5 saylı məktəbində (elan 02.07.2021 zərflərin açılışı 07.08.2021) və bunun kimi digər rayonlarda da əsaslı təmir işlərinin satınalma prosesi başa çatmamış icra olunacaq işlər artıq yekunlaşmaqdadır.
Digər cari təmir işləri də eyni formada aparılmışdır. (Şəkillər əlavə olunur.) Ümumiyyətlə bu idarənin gördüyü işlər demək olar ki, hamsı eyni vəziyyətdədir. Çox təəssüf ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində bunun kimi qanunsuzluqlar və dəhşətli dərəcədə qiymət şişirdilmələri saysız hesabsızdır. Lakin bu günə kimi operativ araşdırılması tələb olunun işlərə yanaşma qeyri-ciddi olmuşdur. Belə ki, bir neçə belə tenderlər başa çatmışdır.
Göründütü kimi, Təhsil Nazirliyində özbaşınalıq və korrupsiya halları hələ də davam edir. İslahatçı nazır Emin Əmrullayevin dövründə belə. Əvvəlkilərdən daha biabırçı şəkildə. Amma bunların başında heç də gənc nazir dayanmır. Əldə etdiyimiz məlumatlara görə bu işlərin başında duran başqa bir nazir var. Növbəti yazılarımızda onun barəsində daha maraqlı məlumatlar verəcəyik.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-09-2021, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-09-2021, 16:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16