reklam
Regionxeberlericom.az » Cəmiyyət » Polislər Pərvini şöbəyə apardı, 3 saat orada qaldı

reklam

Polislər Pərvini şöbəyə apardı, 3 saat orada qaldı


“Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək”.

Bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. Sənətçi ünvanına deyilən tənqidlərə cavab verib.

Pərvin Vətən müharibəsi ərəfəsində əsgərlərə yardım aparmasından və polis tərəfindən saxlanılmasından söz açıb:

“Həmin vaxt foto paylaşdım, hamı ağzına gələni yazdı. Dedilər ki, özünü göstərməyə gedib, saçını açıb yemək çəkir. Amma heç kim ora necə çətinliklə getdiyimizi demədi. Biz yeməkləri “levi” yolla ora çatdırdıq. Yolda dedilər ki, keçə bilməzsiniz, olmaz. Biz də “qara yollar” tapıb getdik ki, yeməklər hazırdır, ziyan olmasın, verək. Ondan sonra qayıdanda cəzalandırıldıq. Yevlaxda bizi polislər mühasirəyə aldılar, şöbəyə getdik. 3 saat şöbədə qaldıq. Tolik (Tarix Əliyev – red.) orda neçə saat mübahisə etdi ki, biz yardım aparmışıq. Heç kim nəyinsə dərinliyini bilmir, amma tənqid edir”./Axsam.az


Paylaş:


Müəllif : Tarix:
17-09-2021, 08:27
Sikayət   


loading...
Загрузка...