Çörəyin bahalaşmasının qabağı indilik alındı... - BƏS SONRA?
Çörəyin qiymətinin artması qlobal səviyyədə ərzaq inflyasiyasının davamı olaraq özünü göstərir.
Avropada benzinin qiymətinin qalxması özünü Azərbaycanda fərqli nümayiş etdirir. Benzinin qiymətinin qalxması ilə bazarlarda qiymət artımı paralel gedir və bu, bir deputatımızın dediyindən fərqli olaraq heç də 15 qəpik artımla məhdudlaşmır. Benzin 15 qəpik qalxan kimi çörək 10 qəpik, yağ 2 manat, ət 1 manat, soğan-kartof 30 qəpik yüksəlir. O qədər pərakəndə artım yaranır ki, bunun hansı düstur əsasında hesablandığını demək mümkünsüz olur. Bazar adamlarının qulağına səs dəyir, hər kəs də öz bildiyi qiyməti oxuyur. Azad bazar iqtisadiyyatını bazardakı adi satıcılar belə anlayırlar. Artım gedir, hökumət 1 il sonraya maaş və pensiyalarda artım vəd edir, o artım baş tutan günü bazarlarda qiymət yenə böyük sıçrayış edir.
Dövlət çörəyin qiymətinin artmaması üçün müəyyən tənzimləmə apardı. Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı sərhəddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində (130 manat) müəyyən edilib.
Lakin bu tədbirlər yetərli olacaqmı? Bizim taxıl istehsalımız özümüzü təmin etmir, xüsusən Rusiyadan taxıl alırıq. Rusiyada buğdanın ixrac qiymətləri 300 dolları keçərək 301-304 dollar aralığındadır. Rusiya hökuməti buğdanın ixracına qoyduğu 52 dollarlıq rüsumla bu qiymətlərin xeyli yüksəlməsini təmin edib. Bunu özünün ərzaq təhlükəsizliyi ilə əlaqələndirib.
Bütün dünyada metallarda və digər xammallarda qiymətlər dünya miqyasında nisbətən azalsa da, ərzaq qiymətləri artmaqda davam edir. Qiymət artan zaman ən ciddi rezonans doğuran çörəkdir. Bunun fəsadları benzinin qalxmasına, kommunal qiymətlərin yüksəlməsinə bənzədilə bilməz. Fəsadları daha ciddi ola bilər. Buna görə də çörəyin qiymətinin artmasına hökumət tərəfindən çevik reaksiya verildi. Un məmulatlarının qiyməti ilə bağlı qərarda dəyişiklik olundu. Ekspertlər hesab edirlər ki, un istehsalçılarına verilən subsidiya qiymət artımın qarşısını yalnız bir müddət ala bilər. Ölkəmiz buğda istehsalının həcmini artırmaq barədə ciddi düşünməlidir.
Bir çox ekspertlər hesab edirlər ki, Kənd Təsərrüfatı Nazirliyinin buna potensialı çatsa da, enerjisini daha rentabelsiz sahələrə sərf edir. Məslən, pambığa. O da istənilən nəticəni vermir. Və yaxud az miqdarda hazırlanan barama istehsalı gözləntiləri doğrultmur.
Buğda əkilir, lakin başqa digər taxıl məhsulları, dənli bitkilər, başqa kənd təsərrüfatı məhsulları da becərilməlidir. Kənd təsərrüfatına baxışı dəyişmək, regionlara görə bölgü aparmaq vacibdir.
Problemin mahiyyəti, iqtisadiyyatı dondurub dünyadan təcrid etməkdə, iqtisadi inkişafı dayandırmaqda və beləliklə də əhalinin pul gəlirlərini son dərəcə aşağı həddə saxlamaqdadır. Azad bazar iqtisadiyyatında bahalaşma normaldır, lakin o halda ki, əhalinin pul gəlirləri də yüksəlisn. Əhalinin gəlirləri yüksəlməyib, yoxsulluq səviyyəsinin artması ilə qiymət artımının paralel irəliləməsi xaosa, sosial fəlakətə yol aça bilər.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 1.3 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-may aylarında ötən illə müqayisədə Azərbaycan əhalisinin da nominal gəlirləri 0.8 faiz azalıb. Qurumun məlumatına görə, həmin dövr ərzində əhalinin nominal gəlirləri 22 milyard 90 milyon manat təşkil edib.
Azərbaycanlılar çörəksevən xalqdır. Çörək bizim əsas qida məhsulumuzdur. Elə ona görə də ən böyük duamızda “Allah bizi çörəklə sınamasın” deyirik. Allahın bizi çörəklə sınamaması üçün isə ilk növbədə dövlət lazımi tədbirləri görməlidir. Qarabağda min hektarlarla ərazi işğaldan azad edilib. İllərlə əkilib becərilməmiş bu xam torpaqlar böyük məhsullar vəd edir. Bacarığımız və düzgün iş görmək qabiliyyətimiz də olsa, demək ki, özümüzə ümidimiz var.
Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:17-09-2021, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-09-2021, 13:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08