DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib - TƏFƏRRÜAT
2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə bağlı detallar məlum olub.
RegionXəbərləri.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daha sonra cinayət hadisəsinə görə DTX-nin Şirvan şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Qədirov və qətli icra edən Hacıqabul sakini Xankərəm Kərimov da həbs edilib.
İttihama görə, Kapitan Rövşən Ağayev üzərindən 77,4 qram preqabalin həbi aşkar edilərək saxlanılan Xəyal Abdullayevi azadlığa buraxmaq üçün onun anası Sarayxanım Abdullayevadan rüşvət alıb. R.Ağayev X.Abdullayevin saxlanıldığı əməliyyatda qrup üzvü olub. Tanışı Mətləb Əmirov isə həmin işdə hal şahidi kimi iştirak edib. Rövşən Mətləb vasitəsilə Xəyalın anası Sarayxanımla görüşüb. Rövşən Ağayev qadına bildirib ki, oğlunun psixi xəstəliyə görə həbsdən buraxılması üçün müvafiq tibbi sənədlərin qısa zamanda hazırlanıb istintaqa təqdim edilməsinə köməklik göstərəcək. Bu məqsədlə ondan 2 min manat alıb, daha sonra bununla bağlı rəis Cavanşir Qədirova məlumat verərək S.Abdullayevadan daha 23 min manat almağın mümkün olduğunu deyib. Bundan sonra Xəyal Abdullayev Səbail rayon məhkəməsinin qərarı ilə həbs edilib.
Rəisin göstərişi ilə Rövşən Ağayev S.Abdullayevanın evində onunla görüşərək 25 min manat alıb, pulun 23 min manatını Cavanşir Qədirova, 500 manatını isə Mətləb Əmirova verib, qalan məbləği özünə götürüb.
Həmin ilin may ayına kimi gözləyən S.Abdullayeva oğlunun həbsdən buraxılmadığına görə M.Əmirov vasitəsilə Rövşənə ismarıc göndərib ki, pulu verərkən bütün danışıqları səsyazısı ilə qeyd edib. Oğlunun azadlığa çıxmayacağı təqdirdə həmin səsyazısını DTX-nin rəhbərliyinə təqdim edəcəyini bildirib.
Kapitan Ağayev bu barədə rəisi Cavanşir Qədirova məruzə edib. Rəis 23 min manatı işçisinə verərək qadına qaytarmasını tapşırıb. Lakin Sarayxanım Abdullayeva pulu geri qəbul etməyib və inadla oğlunun həbsdən buraxılmasını tələb edib.
İttihama görə, bundan sonra rəis Cavanşir Qədirov kapitan Rövşən Ağayevə qadının onlara ciddi problem yaradacağını deyərək onun aradan götürülməsi, yəni öldürülməsi üçün adam tapmağı tapşırıb.
Rövşən Ağayev bu məqsədlə tanışı, Ələt qəsəbəsində yaşayan Xankərəm Kərimova zəng edərək onunla görüşüb və 7 min manat müqabilində Sarayxanım Abdullayevanı öldürməyi sifariş edib. R.Ağayev əvvəlcə qadını evinin qarşısında bıçaqlayaraq öldürmək təklif edib və bu məqsədlə S.Abdullayevanın yaşadığı binanı X.Kərimova göstərib. Daha sonra isə qətlin Şirvan şəhərindən kənarda törədilməsinə qərar verilib. Özü ilə gətirdiyi saxta qeydiyyat nişanlı 10-**-217 maşın nömrəsini Xankərəmə verib və maşına taxmasını tapşırıb. Pulu isə qətlin icrasından sonra verəcəyini deyib və ona deyəcəyi tarixdə Şirvana gəlməsini tapşırıb.
Kapitan Ağayev daha sonra guya qızını hazırlığa qoymaq adı ilə S.Abdullayevanın müəllim işlədiyi 21 saylı məktəbə gedərək onunla görüşüb. R.Ağayev qadına deyib ki, Xəyal məhkəməyə aparılmaq üçün etap olunanda Çılpaqlı qəsəbəsində onu oğlu ilə görüşdürəcək. Hətta vəd edib ki, onu aparmaq üçün özü maşın göndərəcək. Daha sonra Xankərəm Kərimova kirayə maşın götürməyi üçün 100 manat göndərib və növbəti gün məktəbin qarşısına gəlməsini tapşırıb. X.Kərimov Bakıda fəaliyyət göstərən şirkətdən 60 manata “Kia Rio” maşınını kirayəyə götürüb. Qırmızı adyal və boş karton qutuları yük yerinə qoyaraq Şirvana gəlib, orada R.Ağayevin verdiyi saxta nömrəni maşına taxıb. Məktəbin qarşısındakı dayanacaqdan Sarayxanım Abdullayevanı maşına götürərək özünü nazirlikdə işləyən yüksək rütbəli şəxs kimi təqdim edib və onu oğlu ilə görüşdürəcəyini bildirib. O, əvvəlcədən razılaşdıqları kimi evlərdən və obyektlərdən kənara, təhlükəsizlik kameralarının olmadığı, Salyan rayonunun Pambıqkənd kəndi ərazisindəki çöllük sahədə maşını saxlayıb. Xankərəm oturacağını tam arxaya çəkərək salonun arxa oturacağında əyləşmiş Sarayxanım Abdullayevanın boğazından sağ əli ilə tutub boğmaqla öldürüb. Rövşən Ağayev həmin gün saat 23 radələrində Şirvan şəhəri, “Salyan dairəsi” adlandırılan ərazidə Xankərəm Kərimovla görüşərək sifarişin icrası müqabilində vəd etdiyi 7 000 manatı ona verib.
Kapitan Rövşən Ağayev daha sonra qətlin izlərinin ört-basdır edilməsi üçün meyiti həmin avtomaşının arxa oturacağına uzadıb üzərini adyal və karton qutularla örtüb. Daha sonra maşını Şamaxı rayonu ərazisinə sürərək oradan meyitin başına sellofan torba bağlayıb Göylər-Padar çöl yolunda dağlıq ərazidə yüksəklikdən dərəyə atıb. S.Abdullayevanın çantasını, adyalı, karton qutuları və qətli törədərkən Xankərəmin əynində olan paltarları yandırıb məhv ediblər. Saxta maşın nömrəsini isə “Şirvan” kanalına atıblar.
İttihamda qeyd edilib ki, rəis Cavanşir Qədirovla birlikdə törədilən qətl Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin şəxsində Azərbaycan Respublikasının nüfuzuna və vətəndaşların dövlətə olan etimadına xələl gətirib, xüsusi xidmət orqanları üzrə qərarlaşmış mövcud obyektivlik, qərəzsizlik, ictimai və dövlət mənafeyinin üstün qorunması funksiyalarının ciddi zədələnməsinə səbəb olub.
Həmçinin, Rövşən Ağayev istintaqa məlum olmayan mənbədən satış məqsədilə 12.652 qram metallik civə alaraq saxlaması üçün Xankərəm Kərimova verib. X.Kərimovun evində axtarış zamanı vermiş, sonuncu onu yaşadığı evin zirzəmidə divarda olan dəmir seyfdən bir ədəd şüşə flakonun içərisində aşkar olunaraq götürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Ağayev 19 il, Xankərəm Kərimov 17 il, Mətləb Əmirov 3 il müddətinə azadlıqdan məhrum edilib. R.Ağayev və X.Kərimov cəzasının 2 ilini həbsxanada keçirəcək.
Hökmlə DTX-nin Şirvan şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Qədirova qətlin törədilməsinə rəhbərlik etmək və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma maddələri ilə bəraət verilib. C.Qədirov vəzifəli şəxsin qərarına qanunsuz təsir etmə, vəzifə səlahiyyətlərimi aşma – bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə təqsirli bilinib. Yekun olaraq polkovnik-leytenant 3 il müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluq rəis Cavanşir Qədirovun hökmündən narazı qalaraq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib, C.Quliyevin qətlin sifarişçisi olduğu qənaətinə gəlib. Cavanşir Quliyev digər maddələrlə birlikdə, Sarayxanım Abdullayevanın qətlini sifariş edərək cinayətə rəhbərlik etməkdə ittiham edilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-09-2021, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-09-2021, 13:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09