reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təqaüdə göndərilən generala yeni vəzifə verildi

reklam

Təqaüdə göndərilən generala yeni vəzifə verildi



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.
RegionXəbərləri.com qaynarinfo.az-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə polis general-mayoru Sahib Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müşaviri təyin olunub.
Qeyd edək ki, polis general-mayoru Sahib Mirzəyev bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub. O, ötən ilin iyulunda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.


Paylaş:


Müəllif : Tarix:
20-09-2021, 15:24
Sikayət   


loading...
Загрузка...