reklam
Regionxeberlericom.az » Cəmiyyət » İki dəfə raket hücumuna məruz qalmış məktəbdə ilk zəng çalındı - FOTO

reklam

İki dəfə raket hücumuna məruz qalmış məktəbdə ilk zəng çalındı - FOTO


2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı erməni terrorçularının hücumlarına məruz qalan Tərtər rayonunun Vüqar Cəfərov adına Əskipara kənd tam orta məktəbin inzibati binası müharibədən sonra yenidən təmir edilərək istifadəyə verilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, məktəbin şagirdləri və pedaqoji kollektivi “Məktəb hədəf deyil” şüarı ilə ilk dərs gününə başlayıblar.

Məktəbin direktoru Sərxan Budaqov bildirib ki, bu məktəbə ermənilərin iki ağır raket zərbəsi endirilib. Nəticədə məktəb binası dağılıb və tamamilə yararsız hala düşüb:

“Bu gün artıq o ağır, çətin günlər geridə qaldı. Torpaqlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və dəmir biləkli igid oğullarımızın sayəsində azad etdik”.

S.Budaqov əlavə edib ki, cari tədris ilində 41 şagirdin təlim-tərbiyəsi və təhsili ilə məktəbin 24 nəfər pedaqoji kollektivi məşğul olacaq. Məktəb pandemiya şərtlərinə uyğun ləvazimatlarla təmin edilib.









Paylaş:


Müəllif : Tarix:
22-09-2021, 12:09
Sikayət   


loading...
Загрузка...