DİQQƏT: Bakıda 40 məktəbin şagirdləri şənbə günü dərsə gedə bilməyəcək... - Avtobus və metro yox, taksilər baha...
Dünən ölkədə ibtidai (I-IV) siniflərdə ənənəvi formada yeni dərs ili başlayıb.
Məktəblərin açılması ilə bağlı bir çox yeni qaydalar məlum olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva bildirib ki, əgər hər hansı məktəbdə həqiqətən də ciddi sıxlıq varsa, bu problemin aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür:
“Şənbə günü ictimai nəqliyyat işləmədiyindən müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbəri sorğu keçirərək işlərini tənzimləyə bilər.Yəni direktorlar bu məsələdə müstəqil qərar verə bilər”.
Şənbə-bazar günü ictimai nəqliyyatın işləməməsi valideynləri narahat edən məsələlər sırasındadır. Axı hər kəsin övladını məktəbə maşınla göndərməsi üçün imkanı yoxdur.
Məktəblərlə bağlı mövcud problem nə kimi çətinlik yaradacaq?
Mövzu ilə bağlı Cebhe.info-ya təhsil eksperti Elşən Qafarov danışıb. O bildirib ki, Operativ Qərargah məktəblərlə bağlı qərar verərkən təhsil müəssisələrindəki vəziyyəti nəzərə almalı idi:
“Hazırda Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt üzrə 6 günlük sistemlə işləyən məktəblərimiz var. Təkcə Bakı şəhərində bu məktəblərin sayı 40 -a yaxındır. Belə olan halda ictimai nəqliyyatın işləməsini təmin etməliyik. Müəllimlərin işə, şagirdlərin məktəbə gəlməsi ciddi problemlər yaradacaq.
Ümumilikdə düşünürəm ki, Nazirlər Kabineti mərkəzi icra orqanı olaraq qərar verərkən hökümətin digər strukturlarının da fikir öyrənilməlidir. Təhsil Nazirliyinin son brifinqində çıxış edən iştirakçılardan biri dedi ki, sözügedən məsələ elə də ciddi problem deyil. Görünür, həmin şəxsin ölkədə olan vəziyyətdən xəbəri yoxdur. Necə problem deyil ki, təkcə Bakı şəhəri üzrə 40- a yaxın məktəbdə şənbə günü təhsil alan şagird var. Əgər hər məktəbdə 1000 nəfərdən çox şagird təhsil alırsa, bu, 40 min şagird deməkdir. Əlavə olaraq 4-5 min təhsil işçisi də bura daxildir”.
Ekspert bildirib ki, 6 günlük sistemlə işləyən məktəblərdə sıxlıq həmişə yüksək olub:
“Həmin məktəbin siniflərində 30-40 şagird olur. Tədris prosesinin gedişini çətin vəziyyətdə qoymaq olmaz. Qərar verilirsə, ənənəvi təhsildə 6 günlük sistemdə olan məktəblər nəzərə alınmalıdır. Nəqliyyat vasitələri isə düşünürəm ki, səhər saatlarından etibarən saat 17:00 –dək işləməlidir”.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov da Cebhe.info-ya danışıb. Ekspert bildirib ki, bütün hallarda şənbə günü tədrisin təşkil edilməsi ciddi problem yaradacaq:
“Kimsə düşünürsə ki, şənbə günü tədris mümkündür, bildirim ki, bu, mümkün olan hal deyil. Bunun aradan qaldırılması üçün birmənalı şəkildə şənbə günü ictimai nəqliyyat işləməlidir. Ən azından dərs vaxtları və yaxud da tədrisin təşkil edildiyi ərazilərdə şagirdlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobusları işlək vəziyyətdə olmalıdır. Yaponiyada bir uşağı məktəbə aparıb-gətirməkdən ötrü qatar təkcə 120 km həmin məktəblini daşımaq üçün hərəkət edir. Həmin uşaq da gələcəkdə Yaponiyanın iqtisadi inkişafında əhəmiyyətli rola malik olur. Bu gün Bakıda 320 orta ümümtəhsil məktəbinin 290- da dərslər 5 günlük sistemlə işləyir. Yerdə qalanında 6 günlük dərslər keçilir və növbəlidir. Nəzərə almalıyıq ki, hər bir valideynin şəxsi avtomobili yoxdur, yaxud da məktəblər uşaqların evlərinin yaxınlığında deyil. Bu zaman həmin şagirdlər ictimai nəqliyyatdan istifadə etməlidirlər. Mütləq şəkildə tədrisin təşkili üçün ictimai nəqliyyatın fəaliyyətinə şənbə günü imkan yaradılmalıdır”.
Ekspert Kamran Əsədov əlavə edib ki, Nazirlər Kabineti məsələni Təhsil Nazirliyinə, Təhsil Nazirliyi də digərlərinə həvalə edir:
“Burada “ötür-ötür” oyunu oynayırlar. Eyni qayda həm də ali təhsil müəssisələri ilə bağlıdır. Yekunda hər kəs özülərinə sərf edən qərarı qəbul edir. Hər təhsil müəsissəsi də fərqli qərar verir. Bu yanaşma yalnışdır. Vahid qayda qəbul edilməlidir ki, hamı ona istinad etsin. Çox təəssüf ki, hər bir məktəb özü fərdi qaydada problemli vəziyyətdən çıxır. Digər məktəblər isə mövcud durumdan çıxa bilmir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2021, 08:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-09-2021, 08:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09