"Yasmin"dəki sahibkarlar ÇARƏSİZ DURUMDA - NARAZILIQ!
Dövlət başçısı belə öz çıxışlarında, həmişə, xüsusi olaraq onu vurğulayır ki, ölkə biznesinə mane olanlar, birbaşa, Azərbaycan dövlətinə xəyanət edirlər: "Məhz buna görə, iş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları ciddi cəzalandırılırlar və bundan sonra da, belə olacaq. Artıq ictimaiyyət də bunu görür və görəcək. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar da bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, onlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın. Çünki hər bir ölkənin yüksək səviyyədə inkişafında, onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir".
Çox təəssüf ki, prezidentin çıxışlarındakı ciddi xəbərdarlıqlara belə baxmayaraq, milyonlarla manat vəsaitin havaya sovrulması anlamına gətirən, maddi maraqları uğrundakı intriqaları, səs-küylü qalmaqalları ilə gündəmdən düşməyən biznes müəssisələri sırasında özünə xüsusi yer alan "Yasmin" Ticarət Mərkəzi ətrafında da, xeyli vaxtdır bu yöndən baş verənlərin əsas günahkarlarının -- adı yuxarılarla bağlı olan "Xalq Bank"ın başında duranların xətrlərinə dəyən tapılmır ki, tapılmır. Elə, buna görədir ki, onlar istədiklərini etməkdən çəkinmir, 2008-ci ildən başlayaraq, 2013-cü ilin sonlarınadək, 5 milyon manatdan çox ümumi dəyər qiymətlərini tam ödəməklə, "Yasmin"dən özlərinə dəyərləri olduqca bahalı ofis və obyektlər alan 20 nəfərdən çox kiçik və orta sahibkarın başlarına oyunlar açıb, olmazın müsibətlər gətirməklə, bizneslərinə də ciddi formada tənəzzül dövrü yaşadırlar.
Dəyərli oxucularımız "Yasmin" Ticarət Mərkəzi ətrafında 2015-ci ildən başlayan, getdikcə böyüyərək, hətta ictimai qınağa çevrilən, üstəlik Azərbaycan Prezidentinin biznes siyasətinə qarşı yönələn qanunsuzluqlarla və digər xoşagəlməz hallarla daha ətraflı ölkə mətbuatının, xəbər saytlarının, sosial şəbəkələrin, eləcə də, "Araz" Media Qrupundakı araz.az xəbər portalının çoxsaylı yazılarından tanış ola bilərlər. araz.az-ın əməkdaşları olaraq, biz, bu yazımızı isə, dünən -- sentyabrın 21-i günorta saatlarında, əsas günahkarların diqtəsiylə, gözlərimiz önündə "Yasmin"də törədilən daha bir xoşagəlməz hal əsasında hazırlamağa qərar verdik. Çünki bu Ticarət Mərkəzində bu dəfə gördüklərimiz daha təsirliydi; Dövlət rəhbərinin dediyi kimi, baş verən bu xoşagəlməzliyi diqtə edən və ölkə biznesinə mane olan bu səlahiyyət sahibləri də, Azərbaycan dövlətinə xəyanət etdiklərini bir daha sübut edirdilər.
Doğrudan da, əsas günahkarların diqtəsiylə törədilən bu dəfəki olay, "Yasmin"də illərdi baş verən, sonu görünməyən qanunsuzluqların, obyekt sahibi olan bu qədər iş adamını pis günə salan saxtakarlıqların və yalanların daha bir təsdiqiydi. Qanun qarşısında hamı bərabər və əmlak hüququ danılmaz olsa da, halal əmlakı heç kəs heç kəsin əlindən ala bilməsə də, bu xoşagəlməz olay belə ona işarəydi ki, "Xalq Bank"ın başında duranlar üçün, bu, adi bir şeydir. Məhz buna görədir ki, illər öncə baş verən bu hadisələr indiyədək həqiqi qiymətini ala bilməyib. Paytaxtın ən elitar ərazilərindən birində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən, mürəkkəb tikinti quruluşu görkəmini olduqca cəlbedici edən 7 mərtəbəli gözəgəlimli binasının içindən illər öncə özlərinə obyekt alan sahibkarlar çıxılmaz vəziyyətdə qalıblar və çoxdandır ki, pul verib, aldıqları ofis və obyektlərindən istifadə edə, qapısına belə yaxınlaşa bilmirlər. Dünən isə, Ticarət Mərkəzi binasının birinci mərtəbəsində özlərinə qapısı bayıra açılan daha bahalı obyekt və ofis alanlar üçün, daha üzücü və təsirli bir günüydü. Nərimanov rayonunun məhkəmə icraçıları, Dövlət Reklam Agentliyinin işçiləri ilə birlikdə, onların görkəmləri olduqca baxımlı mülklərinin ad və reklam göstəriciləri yazılan, obyekt və ofislərinə xüsusi yaraşıq verən dizayn lövhələrini, "ağına, bozuna baxmadan" söküb, yerə atırdılar. Beləcə, olduqca baxımlı və cəlbedici görkəmdə olan mülkləri, qısa bir müddət ərzində, pis duruma düşürdü; Elə, bu yazımızda bu üzücü görkəmdə foto-şəklini verdiyimiz modalı geyimlər satan "Dossi" mağazası kimi...
...Hər şey göz qabağında olduğundan, hiss edib, anlamaq olurdu ki, bütün bunlar, halal mülk sahibi iş adamlarına olduqca təsirli və üzücü anlar yaşadır. Çünki bunlar da, illərin əzab-əziyyətləri hesabına topladıqları bir ətək halal pulları müqabilində "Yasmin"dən aldıqları ofis və obyektlərinin, artıq, onların əllərindən çıxmaq təhlükəsi ilə üz-üzə olduğuna daha bir işarəydi. Bir də ki, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, "Xalq Bank"ın başında duranlar heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, reallıqda 60 milyon manata yaxın dəyər qiymətli "Yasmin"i, vur-tut 22 milyona öz banklarının adına ala biliblər. Sahibkarlara qarşı yol verilən belə haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində tez-tez haqlı tənqidi yazılar getməsinə, hətta iş adamlarının çoxsaylı şikayətləri əsasında burada əslində nə baş verdiyindən yuxarıların belə xəbəri olmasına baxmayaraq, bu bankın başında duranların hər biri, indiyədək, “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutmaqdan çəkinməyiblər. Özü də, istədiklərini çox fərasətsiz şəkildə həyata keçiriblər. Bunun əsas sübutu, bankın bu Biznes Mərkəzini tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirova, 2013-cü ilin oktyabrından 2014-cü ilin mayınadək, bu sahibkarlara satılmış əmlakları ilə bərabər, "Yasmin"in binasının adi xəbərdarlıq belə olmadan girov qoyulması müqabilində, 14 milyon manat kredit verməsidir. Bu kreditin təyinatı binanın tikintisi və təmiri üzrə olsa da, kredit üzrə ödənişdə dərhal problem yaranıb. Buna baxmayaraq, 2015-ci ilin iyulunda “Xalq Bank”, “Mars -- M”ə 17 milyon dollar məbləğində yeni kredit də ayırıb. Bu kreditin verilməsində əsas məqsəd isə, ölkədə baş verən devalvasiya görə, əvvəlki kreditin bağlanmasına köməklə, habelə binanın tikintisi və təmirini sürətləndirməklə bağlı olub. Guya, “Xalq Bank” bunu özünü növbəti devalvasiyadan qorumaq üçün edib. Bankın müvafiq filialı kreditin verilməsinə etiraz etsə də, Müşahidə Şurası kreditin verilməsində israrlı olub. Beləcə, hər iki kredit açıq-aşkar qanunsuz ayrılıb. Amma “krışa”sı yüksəkdə olduğundan, obyekt sahibləri birləşsələr də, bu bankın qanunsuz əməllərinin öhdəsindən gələ bilməyiblər. Ən dəhşətlisi odur ki, müxtəlif instansiya məhkəmələri kimi, Konstitusiya Məhkəməsi də, "Yasmin"dəki obyekt və ofis sahiblərinin hüquqlarını alt-üst edib. Ədalətli açıq məhkəmə proseslərinin təmin edilməməsi ucbatından və əlacsızlıqdan, sonda, “Mars -- M” MMC-nin və “Xalq Bank”ın fırıldağına məruz qalan iş adamları Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar.
Əvvəlki yazılarımızda da qeyd etmişik ki, əvvəlcə, narazı vətəndaşların mülkiyyət hüquqları məhkəmə qərarı ilə tanınsa da, “Xalq Bank” rəhbərliyi məhkəmələrə təzyiqlər göstərib. Kredit ödənilməməsi bəhanəsiylə, bank məhkəmələrə müraciətlər edib və əmlakın üzərinə həbs qoydurmağa nail olub. İllər əvvəl pul verib obyekt alan sahibkarlar isə, hazırda pis duruma düşüblər.
Sonda, bir daha qeyd edirik ki, "İlin sahibkar düşməni" kimi də elan edilən "Xalq Bank", həmin Mərkəzi tikən şirkətə külli miqdarda olan hər iki krediti, açıq-aşkar qanunsuz verib. Amma “krışa”sı elə yüksəkdədir ki, sahibkarlar birləşsələr də, bu bankın qanunsuz əməllərinin öhdəsindən gələ bilmirlər. Biz də, haqqın tezliklə öz yerini tapacağı ümidiylə hazırladığımız belə yazılarımızla, zərərçəkənlərin dərd-sərlərinə şərik olmaq istəyirik. Həm bu səbəbdən, həm də "Yasmin" ətrafında baş verən qanunsuzluqlarla bağlı fakt və dəlillərin, araşdırmalarımız zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd etdiyimiz digər vacib məsələlərə dair sənəd-sübutların sayı əlimizdə çox olduğundan, bu mövzunu daim diqqətdə saxlayıb, jurnalist araşdırmalarımızı davam etdirəcəyimizi, araz.az xəbər portalının əməkdaşları olaraq, yazılarımızın davamlı olacağını bir daha bildiririk.
araz.az
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2021, 10:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-09-2021, 10:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti