reklam
Regionxeberlericom.az » Cəmiyyət » “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər” - MÜRACİƏT

reklam

“30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər” - MÜRACİƏT


“AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Ərazi İdarəsi 30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermir”.
Bu fikirləri Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Əfqanıstan Müharibəsi veteranı, 2-ci qrup əlil Şirəliyev Elşən Muxdər oğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bütün dövlət orqanları tərəfindən verilən rəylər, kadastr sənədi, arxiv arayışı, İH-nin razılaşdırma məktubunun olmasına baxmayaraq AR Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi cənab F.İbrəhimov əsassız olaraq 24 avqust 2021-ci il tarixli imtina məktubu ilə qəsdən imkan vermir.

“Səbəb kimi torpaq sahəsinin az bir hissəsinin elektrik xətti altında yerləşməsi göstərilir. Lakin bu xətt 12 il əvvəl inşa olunmuşdur. Yəni torpaq sahəsi bizə rəsmən verildikdən 17 il sonra. Buna görə isə biz fiziki şəxs olaraq heç bir məsuliyyət daşımırıq. Yəni bu irad əsassız fərziyədir. Qaldı ki, Əsas bəhanə kimi göstərilən- “AR Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmmışdır.” İrada cavab olaraq bildirmək istəyirəm ki, Bələdiyyələr mövcud olmamışdan əvvəl, yəni 2000-ci ildən əvvəl bütün torpaq sahələri yerli İH-nin nümayəndəliklərinin sərəncamları əsasında verilirdi. Və həmin sərəncamlar əsasında verilən torpaq sahələrinin hamısına mülkiyyət sənədi olan çıxarış verilmişdir. Bir daha xatırladım ki, mənə bu torpaq sahəsi 1992-ci ildə verilib. Cənab Prezidentin 439 nömrəli Fərmanı isə 2015-ci ildə verilmişdir. Və bu Fərmanın bizim torpaqlara şamil olunmur”.

AR Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin mövqeyini öyrənməyə çalışsaq da cəhdlərimiz uğursuz oldu.

Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, vətəndaşın zərərinə olan qanunvericilik dəyişikliklərinin geriyə qüvvəsi yoxdur. Bu epizodda vətəndaşın torpaq sahəsini İH-in sərəncamı əsasında almasından sonra yer alan və vətəndaşın zərərinə olan heç bir dəyişiklik həmin vətəndaş qarşısında imtina üçün əsas olaraq qaldırıla bilməz və onun mülkiyyət hüquqularını məhdudlaşdıra bilməz..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 


Paylaş:


Müəllif : Tarix:
24-09-2021, 11:23
Sikayət   


loading...
Загрузка...