reklam
Regionxeberlericom.az » Cəmiyyət » Koronavirusdan sonra bədəni bərpa edən şirələr - Nə içməli?

reklam

Koronavirusdan sonra bədəni bərpa edən şirələr - Nə içməli?

Ekspertlər orqanizmi koviddən qoruyan və xəstələndikdən sonra bərpa edən meyvə-tərəvəz şirələrini açıqlayıb.

Medicina.az xəbər verir ki, respirator viruslar ilk növbədə yuxarı tənəffüs yollarını, daha sonra ağciyərlər, ürək-damar, sinir sistemini zədələyir.

Hələ ki, kovidin dərmanı yoxdur. Profilaktika məqsədilə vitamin-mineralları çox qəbul etmək lazımdır.
Almaniyan ın molekulyar virusologiya institunun alimləri bir çox qida məhsullarının virusa təsirini araşdırıb.

Məlum olub ki, qara qarağat və nar şirəsi virus əleyhinə, dezinfeksiya edici aktiv təsirə malikdir.
Bu meyvələr və şirələri ağız boşluğunda virus yükünü azalda bilər.

Koviddən sonra xəstələrdə sinir sistemi, beynin koqnitiv fəaliyyətində azalma müşahidə olunur.
Amerikan alimləri bunun üçün qara üzüm şirəsinin yaxşı təsir etdiyini bildirib.
Eləcə də vişnə şirəsi beyinə, bütün bədənə bərpaedici təsir edir, təzyiqi salır.

Son elmi tədqiqatlar sübut edib ki, meyvə -giləmeyvə şirələri güclü antioksidant təsirə malikdir və immuniteti möhkəmlədir.

Onlarda unikal polifenollar var ki, orqanizmə zərərli, neqativ xarici amillərlə mübarizədə yardım edir.

Eləcə də pomidor, kök, balqabaq şirələri immunitet və koviddən sonra bərpa üçün içilə bilər.


Paylaş:


Müəllif : Tarix:
24-09-2021, 18:03
Sikayət   


loading...
Загрузка...