reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məktəbli geyimində monopoliya halları… - “Dövlət nəzarət etməlidir”

reklam

Məktəbli geyimində monopoliya halları… - “Dövlət nəzarət etməlidir”


“Dövlət məktəbli formalarının qiymətlərinin formalaşmasında iştirak etməlidir, məktəbli geyiminin qiymətlərinə dövlət nəzarəti olmalıdır. Bu, sosial ədalətin təmin edilməsi baxımından vacibdir”.
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, məktəblərin geyim formaları dizayn baxımından bir-birindən fərqlənə bilsə də, onların hamısı ümumi bir standartlara uyğun olmalıdır: “Geyimlərin ölçülərindən asılı olaraq, onların qiymətləri fərqlənə bilər. Amma yaxşı olar ki, geyimlər fərqli ünvanlarda fərqli qiymətə deyil, hər yerdə eyni qiymətə satılsın. Qiymətlərin üzərində dövlət nəzarətinin olması vacibdır”.
İqtisadçı alim liseylərin şagirdlərinin geyimlərinin adi ümumtəhsil müəssisələrinin şagirdlərinin geyimlərindən fərqləndirilməsini vacib sayır. Amma hesab edir ki, geyim formasının dizaynı dövlət tərəfindən müəyyən edilməli, bu formalar dövlətin sifarişi ilə istehsal olunmalı və satılmaq üçün mağazaya verilməlidir. Geyimlərin satışı üçün xüsusi mağazalar müəyyən olunmalıdır: “Məktəb geyimlərinin satışında təkcə sui-istifadə halları deyil, hətta monopoliya halları da ola bilər. Bunun olmaması üçün dövlət, Təhsil Nazirliyi özü bu geyimləri sifariş verməlidir”.


Paylaş:


Müəllif : Tarix:
26-09-2021, 10:09
Sikayət   


loading...
Загрузка...