reklam
Regionxeberlericom.az » Cəmiyyət » 2 günlük körpəsini diri-diri basdıran qadın: "Ərimə xəyanət etmişdim" - FOTO

reklam

2 günlük körpəsini diri-diri basdıran qadın: "Ərimə xəyanət etmişdim" - FOTO


Türkiyənin Adıyaman şəhərində iki günlük körpənin diri-diri basdırılması barədə yeni faktlar ortaya çıxıb.

Şəhidləri ziyarət etmək üçün qəbirsanlığa gələn şagirdlər ağlayan körpə səsi eşidiblər.

Səs gələn tərəfə gedən məktəblilər bədəni torpağın altında olan uşağın çöldə qalan ayaqlarını görüblər. 2-3 günlük körpə diri-diri torpağa basdırılıbmış.
Uşaqlar yenidoğulmuşu torpağın altından çıxarıblar. Körpə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.
Hadisə ilə əlaqədar uşağın anası və nənəsi saxlanılıb.

Qadın ifadəsində bildirib ki, uşaq gizli münasibətin məhsuludur, bu səbəbdən ondan qurtulmağa çalışıb.

“Ərim həbsxanadadır, ona xəyanət etmişdim, hamilə qaldım, anamla birlikdə bu planı fikirləşdik”.

Qeyd edək ki, körpə vaxtında xilas edilib, vəziyyəti normaldır.


Paylaş:


Müəllif : Tarix:
26-09-2021, 22:15
Sikayət   


loading...
Загрузка...