reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Azəriqaz”dan əhaliyə MÜRACİƏT

reklam

“Azəriqaz”dan əhaliyə MÜRACİƏT



“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru istehlakçılara müraciət edib.

Müraciətdə bildirilir ki, abonentlərimizə münasibətdə qazın istifadəsi nəticəsində yaranmış borcun ödənilməsi ilə əlaqədar problemlərin həlli istiqamətində əsasən danışıqlar yoluna üstünlük verilir, bu mümkün olmadıqda isə məhkəmə qaydasında məsələyə baxılır.

“Belə məsələlərdən biri də Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1560/2020 iş nömrəsi üzrə 18.08.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi təşkil edir. Cəlilabad rayonu Komanlı kənd sakini cavabdeh Əbilov Xosrov Təvəkgül oğlu tərəfindən Birliyin xeyrinə cəmi 338 manat pul ödənilməsinin qət olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsindən boyun qaçırır. AR “Qaz təchizatı haqqında” Qanunun 13,6 maddəsi və AR NK-nin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.1.4 yarımbəndinə görə istifadə olunmuş qazın dəyərinin ödənilməməsi qazın verilişinin dayandırılması üçün əsasdır.

Qanuni qüvvə almış qətnaməni rəhbər tutaraq, sahə üzrə qanunvericiliyin tələbləri gözlənilərək 22.09.2021-ci il tarixdə qazın verilişinin dayandırılması ilə əlaqədar işlər icra edilərkən cavabdeh 1966-cı il təvəllüdlü qaynaqçı Fərəcov Mətləb Aşur oğluna müxtəlif dərəcəli bədən xəsarəti yetirmiş, onun üst paltarını cıraraq yararsız hala salıb. Baş vermiş olay müvafiq qaydada aktlaşdırılmış və X.Əbilovun hərəkətindən hüquq-mühafizə orqanına şikayət edilib.

Məlum olduğu kimi qanunvericiliyin tələblərinin gözlənilməsi bütün fiziki və hüquqi şəxslərin, o cümlədən qaz təchizatı ilə əlaqədar yaranmış münasibətlərin iştirakçıları olan həm qaz paylayıcısı, həm də istehlakçı üçün əsas vəzifədir. Nəticə etibarı ilə mən də daxil olmaqla hamımız istehlakçıyıq. Bu prizmadan da irəli gələrək istehlakçıların müraciətlərinə (təklif, istək, şikayət, təşəkkür) daim açıq və əlçatanıq, onlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşırıq. Unutmayaq ki, təhqirə və fiziki təzyiqə məruz qalan işçimiz də bir istehlakçı, valideyn, övlad və Azərbaycan vətəndaşıdır. “Azəriqaz” İstehsalat Birliyi dövlət müəssisəsi olaraq öz koorporativ maraqlarını insan və vətəndaşın hüquqlarının üzərində deyil, onların bir istehlakçı kimi hüquqlarının, maraq və mənafelərinin qorunması üzərində qurur.

Vətəndaş cəmiyyətində müsbət davranış modelinin formalaşdırılması üçün sosial şəbəkələrin imkanlarını, bu şəbəkədə təmsil olunan, o cümlədən sahə üzrə nüfuz sahibi olan iştirakçıların rolunu nəzərə alaraq, sizlərə səslənərək xahiş edirəm:

- zorakılığın hər hansı bir formasına dözümsüzlük nümayiş etdirilməsində, onların ictimai qınanmasında;

- qarşılıqlı anlaşma və hörmət əsasında problemlərin həll olunmasında bundan sonra da səylərinizi əsirgəməyin”, - deyə müraciətdə qeyd edilib.


Paylaş:


Müəllif : Tarix:
28-09-2021, 12:40
Sikayət   


loading...
Загрузка...