AP Navalnını Saxarov Mükafatına namizəd göstərdi
Hər il Avropa Parlamenti (AP) tərəfindən insan hüquqları və fikir azadlığı sahəsində verilən Saxarov Mükafatının namizədləri siyahısına bu il rusiyalı müxalif Aleksey Navalnının da adı daxil edilib.
Bu mükafatın namizədləri parlamentdəki siyasi qruplar və ya azı 40 millət vəkili tərəfindən təyin olunur. Bu dəfə mükafatın namizdələri arasına Navalnıdan başqa 8 əfqan qadının da adı daxil edilib. Ümumilkdə isə bu say 12-dir.
Navalnının adı AP-nin ən böyük siyasi qrupu Avropa Xalq Partiyası (EPP) və parlamentin üçüncü ən böyük qrupu sayılan "Renew Europe" tərəfindən, əfqan qadınların adı isə Sosial Demokratlar və Yaşıllar qrupu tərəfindən irəli sürülüb.
Namizədlər arasında 2019-cu ildə bir müddət Boliviyanın müvəqqəti prezidenti olmuş, hazırda həbsdə olan siyasətçi Canin Anezin və Mərakeşin Qərbi Sahara bölgəsində ev həbsində olan hüquq müdafiəçisi Sultana Kayanın da adı var.
Saxarov Mükafatına namizədlərin sayı AP-nin müvafiq komitələri tərəfindən oktyabr ayında 3-ə endiriləcək. Mükafatı kimin alacağına parlamentin prezidenti David Sassoli və siyasi qrupların rəhbərləri qərar verəcək. Mükafatlandırma mərasimi isə dekabrın 15 -də keçiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-09-2021, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-09-2021, 14:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti