reklam
Regionxeberlericom.az » Cəmiyyət » Cənubi Koreyada 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək

reklam

Cənubi Koreyada 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək


Cənubi Koreyanın paytaxtı Seul şəhərində 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək.

Bu barədə ölkənin Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinin şəhər nəqliyyatı ilə bağlı konsepsiyasında deyilir.

Qeyd olunur ki, aerotaksilərin kommersiya istismarının ilkin mərhələsi 2025-2029-cu illəri əhatə edəcək. Bu müddətdə taksilər Seulun mərkəzini Kimpho və İnçhin hava limanları ilə əlaqələndirəcək.

Aerotaksilər istismarın ilk mərhələlərində sürücülər tərəfindən idarə olunacaq. 2035-ci ildən başlayaraq isə taksilər pilotsuz hərəkət edəcək.

Hava taksilərinin 300-600 metr yüksəklikdə hərəkət etməsi nəzərdə tutulur. / trend.az


Paylaş:


Müəllif : Tarix:
28-09-2021, 16:22
Sikayət   


loading...
Загрузка...